Menu
Geri İrəli

Sumqayıt Dövlət Universiteti də elektronlaşır – Prezentasiyanın təqdimatı baş tutdu

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2017 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

sdu3Fevralın 14-də universitetdə “Elektron İdarəetmə sisteminin” prezentasiyası
keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov, professor-müəllim heyəti və struktur rəhbərlərinin iştirakı ilə keçirilən prezentasiyada Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilin informatlaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Bütün bunlar dövlətimizin təhsilin inkişafına göstərdiyi böyük qayğının nəticəsidir. Prorektor onu da qeyd etdi ki, rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə universitetimizdə qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, innovasiyaların tətbiqinə başlanılıb. Məqsəd şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün innovativ texnologiyaların təqdim edilməsidir.
Elektron İdarəetmə sistemi haqqında Proqram və sistem təminatı şöbəsinin müdiri Vüsal Haqverdiyev slaydla iştirakçılara məlumat verərək bildirdi ki, sistem vasitəsilə müəllim və tələbə heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, habelə kitabxana işinin və mühasibatlığın aparılması, insan resurslarının mərkəzləşdirilmiş saxlanılma qaydaları avtomatlaşdırılır və elektron qaydada təşkil olunur. Həmçinin tələbələr öz şəxsi şifrəsi və istifadəçi adı ilə qiymətlərini izləyə bilərlər.
Təqdimatda rektor professor Elxan Hüseynov son zamanlar universitetdə görülən işləri yüksək qiymətləndirərək bildirdi ki, bu layihə də əldə etdiyimiz uğurlardan biridir. Elektron idarəetmə sisteminin tətbiqi universitetdə təhsilin və tədris prosesinin keyfiyyətini daha da yüksəltməyə təminat verəcək.
Təqdimatın sonunda yeni proqramla işləmə qaydalarının mənimsənilməsi ilə bağlı treninqlərin keçirilməsi məsələsi də müzakirə olundu.

Best free WordPress theme

Share 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın