Menu
Geri İrəli

Sumqayıt Dövlət Universiteti əməkdaşlığı genişləndirir

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2014 • Baxış sayı: 750 dəfə • Şərh yoxdur
Share Button

sduAprel ayının 24-də Sumqayıt Dövlət Universitetində “Sumqayıt Elektrik Stansiyası” MMC-nin icraçı direktoru Mahir Xeyirxəbərovla Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov arasında SDU-nun tələbələrinin istehsalat təcrübəsinin təşkili barədə müqavilə imzalanıb.

SDU-nun rektoru Elxan Hüseynov “Sumqayıt Elektrik Stansiyası” MMC-nin direktoru Mahir Xeyirxəbərovun Sumqayıt Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edərək,  müqavilənin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirmişdir.

Rektor E.Hüseynov İstehsalat təcrübəsinin Azərbaycan Respublikası Təhsil qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”yə, ali təhsil standartlarının tələblərinə uyğun bu müqavilə əsasında həyata keçirildiyini qeyd etmişdir.

Müqavilədə Sumqayıt Dövlət Universitetinin Elektrik mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Elektroenergetika (TEMPUS layihəsi üzrə), İstilikenergetikası mühəndisliyi, Proseslərin avtomatlaşdırılması ixtisasları üzrə təhsil alan tələbələrin iyul-avqust aylarında Sumqayıt Elektrik Stansiyasında istehsalat təcrübəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Elxan Hüseynov çıxışında Azərbaycanda təhsil sisteminin modernləşdirilməsi istiqamətində məqsədyönlü  islahatların aparıldığını,  belə bir dövrdə  diplomların kəmiyyəti deyil, təhsil alan tələbələrin bilik və bacarıqlarının səviyyəsinin zaman-zaman  yüksəlməsinin vacibliyini vurğuladı.

Azarbaycan Prezidenti cənab İlham Əliyev: “Ölkəmizin ən böyük sərvəti onun insanlarıdır” fikri və  maliyyə kapitalının insan kapitalına çevrilməsi  istiqamətində həyata kecirdiyi ardıcıl siyasət, sağlam və təhsilli gənc nəslin yetişdirilməsi ilə bağlı  qəbul etdiyi qərarlar cəmiyyətdə böyük rəğbətlə qarşılanır. Bu gün  Azərbaycan dövləti  qloballaşan  dünyanın bərabər hüquqlu  subyekti  kimi öz tərəqqisini sadəcə, təbii sərvətlərin gətirdiyi faydalara bağlamır və mövcud resurslarını sırf insan faktorunun  prioritetinə  cevrilməsi  istiqamətində inamla qurur.

Buna görə də  Sumqayıt Dövlət Universiteti təhsilə, yüksək  ixtisaslı və peşəkar əmək potensialına, kadrların zəngin biliklərinə, habelə dünyada ən qabaqcıl informasiya texnologiyalarına innovasiya iqtisadiyyatına arxalanaraq öz yetirmələrimələrini  istehsalat müəssisələrində bir mütəxəssis kimi hazırlanması üçün Sumqayıt Elektrik Stansiyasının tərkibində universitetin baza kafedrasının yaradılmasını labüd hesab etmişdir.

Böyük əminliklə söyləyə bilərəm ki, tələbələrin təhsil aldığı müddətdə  əldə etdikləri bilik və təcrübə onların gələcəkdə yüksək potensiallı kadr kimi formalşmasında böyük önəm kəsb edəcəkdir.

“Sumqayıt Elektrik Stansiyası” MMC-nin icraçı direktoru Mahir Xeyirxəbərov bildirdi ki, bu gün Azərenerji iri, inkişafda olan, sabit bir şirkətdir. O, gənc mütəxəssislər üçün yeni təcrübə, bacarıqlar qazanmaq, öz bilik və bacarıqlarını tətbiq etmək baxımından çox cəlbedicidir. Burada böyük iş təcrübəsinə malik yüksək peşəkarlıqlı mütəxəssislər arasında olmaq, ölkə miqyaslı layihələrdə iştirak etmək, karyera baxımından irəliləmək imkanları nəinki, gənc mütəxəsisləri, hətta çox illik iş təcrübəsi olanları da şirkətə cəlb edir.  M.Xeyirxəbərov SDU haqqında yüksək fikrdə olduğunu və çalışdığı müəssisədəki işçilərin əksəriyyətinin bu universitetin yetirmələri olmasını böyük sevinc hissi ilə vurğuladı. Bu məqsədlə də SDU-nun fəal tələbələrini Sumqayıt Elektrik Stansiyasında istehsalat təcrübəsində yaxından iştirak etmələrini məqsədəuyğun hesab elədi.

Görüşün sonunda “Sumqayıt Elektrik Stansiyası” MMC-nin icraçı direktoru Mahir Xeyirxəbərov rəhbərlik etdiyi müəssisə adından  universitetin rektoru Elxan Hüseynova və kollektivə səmimi qarşılanmaya görə dərin minnətdarlığını bildirmiş, bu əməkdaşlığın gələcəkdə də davam etməsini  böyük inam hissi ilə vurğulamışdır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın