Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində “Bilik günü” tədbiri

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2017 • Baxış sayı: 417 dəfə • Şərh yoxdur
Share Button

Sentyabrın 15-də Sumqayıt Dövlət Universitetində (SDU) 2017-2018-ci tədris ilinin başlanmasına və Bilik gününə həsr edilən təntənəli tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, ali məktəbin rektoru Elxan Hüseynov yeni tədris ilinin başlanması münasibətilə professor-müəllim və tələbə heyətini təbrik edib, onlara uğurlar arzulayıb. O, son illər Azərbaycan təhsilində qazanılan nailiyyətlərdən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən islahatlardan söhbət açıb. Bildirilib ki, ölkəmizdə aparılan davamlı təhsil islahatları, bu istiqamətdə irəli sürülən qabaqcıl ideyalar, reallaşdırılan məqsədyönlü layihələr təhsilin tərəqqisinə əhəmiyyətli töhfələr verir.

Universitetin tarixi, müasir inkişaf mərhələləri barədə məlumat verən rektor diqqətə çatdırıb ki, Sumqayıt Dövlət Universiteti yarım əsrdən çox tarixi inkişaf yolu keçən, yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini gündən-günə genişləndirən ali təhsil ocağıdır. Elxan Hüseynov onu da qeyd edib ki, universitetin hər üç tədris binasında və Sumqayıt Dövlət Texniki Kollecində təmir-tikinti işləri aparılıb, laboratoriyalar yenilənib, istilik, yanğın təhlükəsizliyi sistemləri və internetlə təchiz olunmuş auditoriyalar təmir olunub, kitabxana zənginləşdirilib. Bir sözlə gənclərin peşəkar kadr kimi yetişmələri üçün hər cür şərait yaradılıb.

Sonra qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri, tələbə biletləri və qiymət kitabçaları təqdim edilib.

Universitetin professoru, Əməkdar Müəllim Həsən Sadıqov, yüksək balla tarix və coğrafiya fakültəsinə daxil olmuş Günel Rəhimli, magistrant Gülşən Hüseynzadə, 606 balla SDU-ya daxil olmuş tələbə Nərmin Həmzəyevanın atası Gülməmməd Həmzəyev tələbə adını qazanan gəncləri təbrik edib, təhsilə və gəncliyə göstərilən dövlət qayğısından danışıb, müəllim-tələbə heyətinə təhsildə və həyatda uğurlar arzulayıblar.

Daha sonra universitetin marşı səsləndirilib.

Tədbir bədii hissə ilə davam edib.

15054758844855431145_1000x669 15054758845544436027_1000x669

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın