Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində tələbələrarası debat layihəsinə start verilib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2014 • Baxış sayı: 508 dəfə • Şərh yoxdur

sduSumqayıt Dövlət Universitetində (SDU) ilk tələbələrarası debat layihəsinə start verilib.

SDU-dan AzərTAc-a bildirblər ki, “Qladiator debatları” üzrə təlimlərə 60-a yaxın tələbə cəlb edilib.

SDU-da Ritorika Universal Klubu fəaliyyətə başlayıb və klub hər həftə tələbələri maraqlandıracaq yeni mövzularla bağlı tədbir və seminarlar təşkil edir. Klubun növbəti yeni layihəsi “SDU I Qladiator Debatları Kolizeyi” layihəsinin tanıtım və ilk təlimləri olub.

Layihənin təlimçisi Həbib Heydərli tələbələrə debat nəzəriyyəsi, onu tətbiqi sahələri, debatda qazanılan gənclərin bacarıqların artırılmasındakı rolu və əhəmiyyəti, eləcə də debat mədəniyyətinin qayda və prinsipləri barədə məlumat verib.

Təlimlər bitdikdən sonra dekabr ayında tələbələrarası debat çempionatı təşkil olunacaq. Turnir gənclərin natiqlik, ritorika, araşdırmaçılıq, kritik düşüncə, komanda işi və s keyfiyyətlərinin təkmilləşdirilməsinə və universitetdə tələbə fəallığının daha da artırılmasına xidmət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

http://azertag.az/xeber/811162

Facebook Şərhləndirmə:

Şərhinizi yazın