Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində tələbələrin elmi konfransı işinə başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2013 • Baxış sayı: 773 dəfə • Şərh yoxdur

Dünən Sumqayıt Dövlət Universitetində təlbələrin IX Elmi Konfransı işinə başladı. Konfransın plenar iclasında çıxış edən universitetin prorektoru, dosent Nizami Namazov bildirdi ki, 2005-ci ildən etibarən hər il SDU-da tələbələrin elmi konfransları keçirilir və bu, sayca doqquzuncu konfransdır. Prorektor vurğuladı ki, əgər 2005-ci ildə konfransın məruzəçilərinin sayı 239 idisə, bu il bu rəqəm 568-ə çatıb. “Konfrans öz işini 11 bölmədə davam etdirəcək. Təqdim olunmuş məruzələrin tezisləri kitab halında çap olunacaq. Konfransın işində fərqlənən tələbələr respublika və beynəlxalq konfranslarda iştirak edəcək” – deyə prorektor qeyd etdi.DSC_0021

Tarix Fakültəsinin dekanı, professor Adil Baxşəliyev bildirdi ki, bu cür konfranslar tələbələri elmi fəaliyyətə cəlb edir, stimullaşdırıcı amilə çevrilir.

Daha sonra Riyaziyyat fakültəsinin tələbəsi Əlfiyat Mehdiyevanın, Filologiya fakültəsinin tələbəsi Saməddin Qəmbərovun çıxışları dinlənildi.

İclasın sonunda Tələbə Elmi Cəmiyyətinin sədri və təşkilat komitəsinin məsul katibi Turqay Hüseynov bölmə iclasları barədə məlumat verdi.

Qeyd edək ki, konfrans üç gün davam edəcək və dekabrın 28-də konfransın yekunlarına dair iclasla işini sona çatdıracaq.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın