Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyinə həsr olunmuş konfransı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2017 • Baxış sayı: 310 dəfə • Şərh yoxdur
Share Button

15082542551883338863_1000x669

Oktyabrın 17-də Sumqayıt Dövlət Universitetində (SDU) ali məktəbin 55 illik yubileyinə həsr olunmuş “İqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi yolları” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən SDU-nun elm və innovasiyalar üzrə prorektoru Ramazan Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında müstəsna rolu olduğunu bildirib. Qeyd edib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə yeni iqtisadi yüksəliş dövrü başlayıb, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırılıb, bu sahədə köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaranıb.

Prorektor deyib: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın gələcəkdə daha böyük uğurlar qazanacağına zəmin yaradır. Prezidentin 2016-cı il dekabrın 6-da təsdiqlədiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ilə iqtisadiyyatımızın bütün sahələrində keyfiyyət, məzmun və forma baxımından yeni inkişaf mərhələsi başlayıb. Strateji Yol Xəritəsi davamlı iqtisadi inkişafın təmin olunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və sosial rifahın artırılması prinsiplərinə əsaslanır. Azərbaycanda iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və şaxələndirilməsi ölkənin xarici ticarət əlaqələrinə də müsbət təsir göstərir”.

Milli Məclisin deputatı Tahir Mirkişili “Strateji Yol Xəritəsinin icrası dövründə iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinin müasir aspektləri” mövzusunda çıxış edərək bildirib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli düşünülmüş və təkcə qısamüddətli deyil, həm də orta və uzunmüddətli hədəflərə istiqamətlənmiş proqramdır.

Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) beynəlxalq iqtisadiyyat kafedrasının müdiri İrşad Kərimli, ADİU-nun elm şöbəsinin müdiri Zahid Məmmədov, SDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Aynurə Yəhyayeva, maliyyə və mühasibat uçotu kafedrasının müdiri Loğman Abdullayev, iqtisadiyyat kafedrasının müdiri Lalə Mahmudova çıxış ediblər. Çıxışlarda bildirilib ki, son illərdə uğurla həyata keçirilən islahatlar nəticəsində əldə olunmuş nailiyyətlər iqtisadi islahatları sürətləndirməyə və iqtisadi artımın davamlılığını təmin etməyə əlverişli şərait yaradıb.

Natiqlər onu da qeyd ediblər ki, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksəltmək üçün müasir amillərin formalaşmasının gücləndirilməsi zəruridir.

Konfrans işini bölmə iclaslarında davam etdirib.

1508254255895412455_1000x669

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın