Menu
Geri İrəli

Sumqayıt məktəbliləri birinci oldu – “Gənc xilasedici və yanğınsöndürən” yarışında

Müəllif: sumqayitxeber.com • Tarix: 31 May 2017 • Baxış sayı: 1,583 dəfə • Şərh yoxdur

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında VI “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə zona birinciliyi keçirilib.

APA-nın xəbərinə görə, bununla da mayın 10-dan başlamış zona birinciliklərinə yekun vurulub. Zona birinciliyinin açılış mərasimində çıxış edən FHN Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini, general-mayor Məhərrəm Həsənov bildirib ki, Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı ilbəil artmaqdadır. O deyib ki, FHN tərəfindən gənclərlə bağlı mütəmadi silsilə müsabiqə və yarışlar keçirilir.

M. Həsənov qeyd edib ki, yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyət hissinin artırılmasından ibarətdir.

Mərasimdə çıxış edən Bakı şəhəri Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Yusifov, FHN-nin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayeva yarış iştirakçılarına uğurlar arzulayıblar.

Zona birinciliyində Bakı şəhəri ilə yanaşı, Sumqayıt şəhər, Abşeron və Xızı rayonlarının da məktəbliləri qüvvələrini sınayıblar. Birincilikdə 17 məktəbin komandasından 119 nəfər şagird iştirak edib.

Yarışlar “Yanğın estafeti”, “Maneələr zolağı”, “Gənc ekspertlər” üzrə 3 mərhələdə keçirilib. Gərgin mübarizə şəraitində keçən yarışlarda komandaların çıxışı münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən olunub. Sumqayıt şəhər 43 nömrəli məktəbin komandası I, Bakı şəhəri Xətai rayonu 56 nömrəli orta məktəbin komandası II, Bakı şəhəri Nizami rayonu 220 nömrəli məktəbin komandası isə III yerə layiq görülərək VI “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə Respublika birinciliyində iştirak hüququ qazanıblar. Qalib komandalar kubok və diplomlarla mükafatlandırılıb.

Yarışların Respublika birinciliyi 25 iyun – 2 iyul tarixlərində Qəbələ rayonunda keçiriləcək.

genc-xilasedici-ve-yanginsondurenlerin-yarishi-yekun-3 genc-xilasedici-ve-yanginsondurenlerin-yarishi-yekun-6

Facebook Şərhləndirmə:

Şərhinizi yazın