Menu
Geri İrəli

Sumqayıt məktəbliləri mükafatlandırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2015 • Baxış sayı: 1,098 dəfə • Şərh yoxdur

11304490_840261376029259_1532477162_n 11356226_840489892673074_1688017514_nSpare proqramı çərçivəsində keçirilən “Enerji və Ətraf Mühit” Beynəlxalq Məktəbli Müsabiqəsində Sumqayıt məktəbliləri mükafatlandırılıb.

Bu proqramın köməyi ilə məktəblilər enerjiyə qənaət, iqlim dəyişmələri, onun səbəbləri və aradan qaldırılması istiqamətində həyata keçirilməsi vacib olan tədbirlərin iştirakçısına çevrilir. Azərbaycan beynəlxalq məktəbli proqramına 2003-cü ildən qoşulub. Hazırda respublikanın müxtəlif şəhər və rayonlarından olan 200-dən artıq məktəb beynəlxalq SPARE proqramının tərəfdaşıdır.

sumqayitxeber.com xəbər verir ki, Azərbaycandan Beynəlxalq müsabiqədə iştirak etmək üçün 5  layihə seçilib.  Sumqayıt şəhər 24 və 25 saylı tam orta məktəbin müəllimi Naidə Behbudova və şagirdləri Əlirzayeva Fatimə və Həmid “Elektrik enerjini qənaətlə işlədək və bununla atmosferi təmiz saxlayaq ” layihəsi ilə müsabiqəyə qoşulub və diplomla təltif olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın