Menu
Geri İrəli

Sumqayıt şəhər Təbiət Elmləri Təmayyülü məktəbdə “Son zəng”

Müəllif: sumqayitxeber.com • Tarix: 31 May 2015 • Baxış sayı: 786 dəfə • Şərh yoxdur

tetBu gün Sumqayıt şəhər Təbiət  Elmləri Təmayyülü məktəbdə  ”Son zəng” tədbiri keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Nizami Əhmədov məzunlara uğurlar arzu edib. Qeyd edib ki, rəhbərlik etdiyi təhsil müəssisəsinin məzunları hər zaman imtahanlarda yüksək nəticə göstərən şagirdləri ilə fəqlənib.

Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov ölkədə aparılan təhsil siyasətindən danışıb. Bildirib ki, uğurlu siyasət Azərbaycan təhsilini daha da yüksək səviyyəyə qaldırılmasına yönəlib.

Sumqayıt Təhsil şöbəsinin müdiri Vaqif Ələkbərov da qeyd edib ki, Sumqayıtda olan təhsil müəssisələri uğöurla həyata keçirilən təhsil siyasətinə dəstək verir. Hər il Sumqayıtdan olan məzunlar yüksək ballarla ali məktəblərə daxil olur.

 Tədbirdə çıxış edən Sumqayıt şəhər Təhsil İdarəsinin metodisti Gülnar Əzimzadə, gimnaziyanıən məzunu olduğunu bildirib. O, son zamanla təhsil sahəsində göstərilən diqqət və qayğıdan danışdı. G.Əzimzadə qeyd edib ki, bu il keçirilən “Son zəng” tədbirləri tarixə qızıl həriflərlə yazılır: “Bakı Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu isə bizim dövlətimizə verilən önəmin ən bariz nümunəsidir. Mən bütün məzunlara uğurlar arzu edirəm. İnşallah Azərbaycana layiqli vətandaş olarsınız”.

Sumqayıt Telekommunikasiya İdarəsinin şöbə müdiri Azər Əlizadə məzunlara uğurlar arzulayıb.

Daha sonra gimnaziyanın məzun və şagirdləri çıxış edərək onları həyatın yeni mərhələsinə hazırlayan müəllimlərə təşəkkürlərini bildiriblər. Doğma məktəbi tərk etməkdən məyus olsalar da, məzunlar hər zaman öz uğurları ilə müəllimlərini sevindirəcəklərinə söz veriblər.

Mərasim gimnaziya şagirdlərinin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Qeyd edək ki, Gimnaziya 1946-cı ildə Bakı şəhəri Abşeron rayonunun 145 nömrəli məktəbi kimi fəaliyyətə başlayıb. 1990-cı ildən isə məktəbə Təbiət Elmləri Təmayüllü Gimnaziya adı verilib. Hazırda gimnaziyada 730 şagird təhsil alır və 61 müəllim çalışır. Hər il bu məktəbin məzunlarının 94-100 faizi ali məktəblərə qəbul olur. Gimnaziya şagirdləri hər il respublika və beynəlxalq səviyyəli olimpiadalarda yer tuturlar. İki dəfə “İlin ən yaxşı məktəbi” adına layiq görülən gimnaziyanın müəllimləri arasında “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri olanlar da var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın