Menu
Geri İrəli

Sumqayıt Təhsil şöbəsi Qafqaz universitetində tədbir keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2014 • Baxış sayı: 766 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər təhsil şöbəsi 2013-2014 Tədris ilində keçirilən fənn olimpiadasının qaliblərini mükafatlandırma tədbiri keçirib.Qafqaz universitetinin akt zalında keçirilən tədbirdə universitetin Prorektoru prof. Cihan Bulud çıxış edərək Azərbaycan təhsilinin Möhtərəm Prezitentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində  inkişafından, universitet həyatından, Qafqaz universitetinin təhsil sistemindən və abuturiyentlərin düzgün ixtisas seçimində önəmli olan  amillərdən danışıb.

  Sumqayit Təhsil şöbəsi Metod kabinetin direktoru Sabir Məmmədov çıxış elərək Sumqayıt təhsilinin həmişə respublikamızın təhsil sistemində fərqləndiyini, savadlı və peşəsini sevən müəllim ordusunun olduğunu qeyd edib. Metod kabinetin direktoru Qafqaz universitetinin hər zaman Sumqayıt təhsilinə dəstəyinə və keçirdikləri  tədbir üçün yaradılan şəraitə görə universitetin rəhbərliyinə minnətdarlığını bildirib.

  Təbiət elmləri  təmaüllü Gimnaziyanın direktoru Nizami Əhmədov, Təbiət texniki elmləri litseyinin direktoru Ruxsarə Məmmədova, 1 nomreli məktəbin direktoru Fəyaz Məmmədov, 7 nomreli məktəbin direktoru Təranə Haqqverdiyeva olimpiadaların əhəmiyyətindən, qaliblərin mükafatlandırılmasının şagirdlərdə fənnləri daha dərindən öyrənməyə stimul yaratmasından danışıblar.

  Tədbirin sonunda qaliblər Sumqayıt Təhsil şöbəsinin və Qafqaz universitetinin hədiyyələri və fəxri fərmanla təltif  olunublar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın