Menu
Geri İrəli

Sumqayıt Təhsil Şöbəsinin keçmiş müdirinə yüksək vəzifə verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2016 • Baxış sayı: 1,760 dəfə • 1 şərh
Share Button
vidadi-bagirov-vbagirovTəhsil naziri Mikayıl Cabbarov Bağırov Vidadi Mirzə oğlunu Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsində sektor müdiri təyin edib. 
Məlumat üçün deyək ki, V.Bağırov uzun müddət Sumqayıt Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.
1989-cu ildən 1997-ci ilə qədər Təhsil  Nazirliyinin ümumtəhsil məktəbləri şöbəsində çalışıb. 1997-ci ildə isə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub.  22  oktyabr 2012-ci il tarixində bu vəzifədən öz istəyi ilə azad olunub. Bir müddət Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Daha sonra isə Qafqaz Universitetində təhsil müəssisələri ilə iş şöbəsinin müdiri olub.

O, 2009-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, eyni zamanda “Tərəqqi” medalçısıdır.

Danılmaz faktdır ki, V.Bağırov yaradıcı, işgüzar keyfiyyətləri ilə tanınır və Sumqayıtın təhsil göstəricilərinin yüksəlməsində onun böyük xidmətləri olub.
Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt Təhsil Şöbəsinin keçmiş müdirinə yüksək vəzifə verildi” yazısına bir cavab

  1. Nermine deyir:

    Gozel insan tebrik edirik

Şərhinizi yazın