Menu
Geri İrəli

Sumqayıt tələbələri iqtisadi və məntiqi biliklərini sınayıblar

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Dekabr 2016 • Baxış sayı: 286 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Universitetinin (SDU) 55 illik yubileyi ilə əlaqədar dekabrın 14-də iqtisadi bilik yarışı keçirilib. Yarış universitetin iqtisadiyyat və idarəetmə fakültəsi və Sumqayıt Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə reallaşıb.

SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, rektor Elxan Hüseynov çıxış edərək belə bilik yarışlarının gənclərin daha yüksək səviyyədə yetişməsinə, onlarda elmi motivasiya hissini gücləndirməyə və gələcək uğurlara həvəsləndirməyə yönəldiyini deyib.

Yarışa start verildikdən sonra 6 komanda bilik və bacarıqlarını sınayıb. İştirakçılara 45 sual, hər sualın cavablandırılmasına isə 30 saniyə vaxt verilib. Suallar əsasən iqtisadi və məntiq sahələrini əhatə edib.

Gərgin və maraqlı keçən bilik yarışında I yerə “Zirvə”, II yerə “Oliqarxlar”, III yerə isə “Kapital” və “Kökaltı” komandaları layiq görülüblər.

14817204882671853355_1000x669 14817204882899537913_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın