Menu
Geri İrəli

Sumqayıt Təlim-Tədris Mərkəzi – sabaha açılan pəncərə

Müəllif: sumqayitxeber.com • Tarix: 14 May 2014 • Baxış sayı: 1,859 dəfə • Şərh yoxdur
Share Button

«Azərikimya» İstehsalat Birliyi ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində 2012-2013-cü tədris ilində müxtəlif peşələr elektrik qaz qaynaqçısı, kompressor qurğusu maşinisti, aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilin- gər, tornaçı, təmirçi-çilingər peşələri üzrə təhsillərini uğurla başa vuraraq Birliyin müx-təlif idarə və müəssisələrində neftçilər ailəsinin bərabərhüquqlu üzvü kimi sərbəst əmək fəaliyyətlərinə başlamış 100 nəfər gəncin ictimaiyyətə daha yaxından tanıdılması və peşə seçməkdə çətinlik çəkən sumqayıtlı gənclərə dəstək göstərilməsi kampani-yasını davam etdirir. Bu kampaniya çərçivəsində daha bir neçə nəfər gəncin qısa tərcümeyi-halı ilə birgə tədris və iş təəssüratlarını oxuculara təqdim edirik.

Elektrik ava-dan-lıqlarının təmiri və xidməti üzrə elektrik montyoru – bu beş nəfər gənci məhz bu peşə həyata bağladı və dostlaşdırdı

mustafayev vusalMustafayev Vüsal Aydın oğlu

06 aprel 1987-ci ildə anadan olub.Sumqayıt şəhər 12 saylı tam orta məktəbi 2004-cü ildə bitirib.

2006-cı ilin aprel ayından 2007-ci ilin oktyabr ayına kimi hərbi xidmət borcunu yerinə yetirib.

- “Azərikimya” İstehsalat Birliyi ilə mütəmadi olaraq əlaqə saxlayırdım. Bir dəfə də gələndə mənə ARDNŞ-nin Təlim, Tədris və Sertifi-kat-laş-dırma İda-rəsinin SumqayıtdaTəlim-Tədris Mərkəzinin açıldığını bildirdilər və ora müraciət etsən uduzmazsan, dedilər. Təlim-Tədris Mərkəzinə gələndə, düzünə qalsa, gördüklərimə inanmadım. Geniş və yaraşıqlı tədris otaqları, müasir avadanlıqlarla təchiz olunmuş istehsalat kabinələri,

təcrübəli müəllim və istehsalat təlimi ustaları, xüsusi geyimlə təminat, aylıq təqaüd, gündəlik yemək, müvafiq təhsil və təcrübədən sonra daimi iş yeri ilə təminat və s

Vaxt itirmədən elektron müraciət ünvanladım. Hər şey uğurlu alındı. Test imtahanlarından da müvəffəqiyyətlə keçdim… Artıq təhsil də arxada qalıb, istehsalat təcrübəsi də. Ötən ilin avqust ayından «Azərikimya» İB-nin Etilen-polietilen zavodunun elektrik təchizatı, elektrik ava- dan- lıqlarının təmiri və istehsalı sexində elektrik avadan-lıqlarının təmiri və xidməti üzrə 4-cü dərəcəli elektrik montyoru kimi çalışıram. 500 manatdan yuxarı zəhməthaqqı alıram. Bir gənc ata olaraq işin ağırlığı məni zərrə qədər qorxutmur. Se- vi- nirəm ki, heç yerdən gəliri olmayan ailəmizin dolanışığında mənim  xüsusi payım var. Bu gün, sözün həqiqi mənasında, daimi iş yeri tapmaq çox çətindı,ələlxüsus da bir sənəti, peşəsi olmayanlar üçün. Ona görə də belə gözəl tədris ocağı yaratdıqlarına, gəncləri həmişə ehtiyac duyulan peşə sahibi etdiklərinə görə ARDNŞ-nin Təlim, Tədris və Sertifikat- laşdırma İdarəsinə, burada təhsil almağımı məsləhət gördüklərinə görə isə «Azərikimya» İB-dəki dəyərli insanlara dərin minnətdarlığımı bildirirəm.

Quliyev Mədəd Bayram oğlu

quliyev medet02 aprel 1990-cı ildə Qubadlı rayonunun Xələc kəndində anadan olub. 2009-cu ildə Hacıqabul rayonunun Nəvai qəsəbəsində 2 saylı tam orta məktəbi bitirib. 2009-cu ilin oktyabr ayından 2011-cı ilin aprel ayına qədər vətənə xid-mət borcunu yerinə yetirib. Hərbi xidmətdən qayıtdıqdan sonra oxumaq və işləmək üçün Sumqayıt şəhərinə gəlib və qardaşı Cabbarla burada məskunlaşıb.

- Böyük qardaşım Cabbar Bakı Neft emalı zavodunda təmirçi-çilingər kimi çalışır. Hərbi xidmətdən qayıtdıqdan sonra mənim də məqsədim Dövlət Neft Şirkətində işə düzəlmək idi. Qardaşım bunun üçün hər hansı bir peşəyə sahib olmağın şərt olduğunu bildirdi. ARDNŞ-nin Təlim, Tədris və Sertifi-kat-laş-dırma İda-rəsinin Sumqayıt Təlim Tədris Mərkəzinin yaradılması xəbərini də elə qardaşımdan aldım. Düzünü deyim, Sumqayıtda belə bir Təlim-Tədris Mərkəzinin yaradılmasına çox sevindim. Çünki hər gün Bakıya gedib-gəlmək çətinliyini qardaşımın timsalında görürdüm, baxmayaraq ki, qardaşım iş şəraitindən və onlara olan münasibətdən çox razı idi.

Beləcə sənədlərimi təqdim etdim, daha doğrusu elektron müraciət etdim. Test imtahanından və müsahibədən müvəffəqiyyətlə keçərək, elektrik ava- danlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ixtisasına yiyələnmək üçün təhsil almağa başladım. Artıq 10 aylıq təhsil arxada qalıb və 9-cu aydır ki, 4-cü dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru kimi “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun elektrik təchizatı, elektrik ava-dan-lıqlarının təmiri və istehsalı sexində çalışıram. 500 manatdan yuxarı zəhməthaqqı alıram. Burada çalışmağımız üçün hər cür şərait yaradılıb. Xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmuşuq. Rəhbərliyin diqqət və qayğısını daim üzərimdə hiss edirəm. Əmək fəaliyyətinə başla- dığım ilk günlərdən etibarən mənə mənəvi dəstək olan təcrübəli məsləkdaşlarım Polad Ömərova, Azər İbrahimova, bu sahədə 20 ildən artıq təcrübəya malik Rəfail Muradova dərin minnətdarlığımı bildirirəm.

Sabaha böyük ümidlərlə baxıram. Boş vaxtlarımda çoxlu kitab oxuyur, internetdən istifadə edir, ali məktəbə hazırlaşıram. Futbola böyük marağım olduğundan imkan tapıb futbolla da məşğul oluram. Gələcəkdə ali təhsilli kadr kimi ARDNŞ-in strukturlarının birində karyeramı möhkəmlətmək, öz işimlə, əməlimlə Vətənimə, millətimə fayda vermək istəyirəm.

Eliyev turalƏliyev Tural Ramiq oğlu

12 sentyabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. 2010-cu ildə Laçın rayonunun Cicimli kənd (Sumqayıtda) orta məktəbini bitirib. 2010-cu ilin oktyabr ayından 2012-ci ilin aprel ayına kimi vətənə xidmət borcunu yerinə yetirib.

- Hərbi xidmətdən qayıdan kimi iş elanları ilə maraqlanmağa başladım. Çünki ailəmizin buna çox ehtiyacı vardı. Bir dəfə «socar.az» saytında ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaş-dırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin elanına rast gəldim. 10-cu sinfi bitirmiş, hərbi xidmətlərini başa vurmuş gənclər neft-kimya sənayesində ehtiyac duyulan peşələr üzrə təhsil almağa dəvət edilirdilər. Şərtlər də çox əlverişli idi.

Ən əsası isə mərkəzdə təhsil aldıqdan sonra daimi işlə təmin edirdilər. Fikirləşmədən qərarımı verdim. Test imtahanlarından və mü- sahibədən müvəffəqiyyətlə keçərək 10 ay təhsil aldım və elektrik ava-dan-lıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ixtisasına yiyələndim.

İndi 9 aydır ki, “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun elektrik təchizatı, elektrik ava-dan-lıqlarının təmiri və istehsalı sexində elektrik ava-dan-lıqlarının təmiri və xidməti üzrə 4-cü dərəcəli elektrik montyoru kimi çalışıram. Hələlik 350 manat zəhməthaqqı alıram. Ətrafımdakı insanların səmimi münasibəti, mehribançılığı məni daha yaxşı işləməyə sövq edir. Mənə daima dəstək olduğuna görə təcrübəli elektrik

Hüseyn Məmmədova minnətdaram. Sevinirəm ki, həm daimi işim var, həm də ailə büdcəsinə xeyrim dəyir. Bununla kifayətlənməyərək, işdən kənar vaxtlarımda və istirahət günlərində kondisioner təmiri ustası kimi də sifarişlər qəbul edirəm.

Eyni zamanda, idmanın cüdo növü ilə məşğul oluram. Dəfələrlə şəhər birinciliyində iştirak etmişəm. Arzum ali təhsil almaqla karyeramı inkişaf etdirməkdir.

Hüseynov Elnur Tahir oğlu

Huseynov Elnur16 iyun 1988-ci ildə Füzuli rayonunda anadan olub. 2006-cı ildə Zəngilan rayon 24 saylı tam orta məktəbi bitirib. 2006-cı ilin iyul ayından 2008-ci ilin yanvar ayına qədər vətənə xidmət borcunu yerinə yetirib.

Hərbi xidmətdən qayıtdıqdan sonra bir sıra idarələrə baş vursa da, hər hansı bir peşəyə sahib olmadığından işlə təmin oluna bilməyib.

- Mütəmadi olaraq internetdən iş elanları ilə maraqlanırdım. Bir dəfə «socar.az» saytında ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaş- dırma İdarəsinin Sumqayıt Təlim Tədris Mərkəzinin elanına rast gəldim. 10-cu sinfi bitirmiş, hərbi xidmətlərini başa vurmuş gənclər neft-kimya sənayesində ən çox ehtiyac duyulan peşələr – elektrik qaz qaynaqçısı, kompressor qurğusu maşinisti, aparatçı, elektrik ava- dan- lıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilin-gər, tornaçı, təmirçi-çilingər peşələri üzrə təhsil almağa dəvət edilirdilər. Şərtlər də çox əlverişli idi. 10 aylıq təhsil, müasir avadanlıqlarla təchiz olunmuş tədris otaq-ları, xüsusi geyim, aylıq təqaüd, gündəlik yemək və nəhayətdə daimi işlə təminat. Çox fikirləşmədən qərarımı verdim və elektron müraciət etdim. Test imtahanlarından və mü- sahibədən müvəffəqiyyətlə keçərək elektrik ava- dan- lıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ixtisasına yiyələnməyə başladım.

…Artıq təhsil də arxada qalıb, istehsalat təcrübəsi də. 9 aydır ki, “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun elektrik təchizatı, elektrik ava- danlıqlarının təmiri və istehsalı sexində elektrik ava-dan-lıqlarının təmiri və xidməti üzrə 4-cü dərəcəli elektrik montyoru kimi çalışıram. Hələlik 350 manat zəhməthaqqı alıram.

Ətrafımdakı insanların xoş münasibəti məni daha yaxşı işləməyə sövq edir. Zəhmətkeş ailədə böyüdüyümdən işin çətinliyi məni qorxutmur. Sevinirəm ki, həm daimi işim var, həm də ailə büd-cəsinə xeyrim dəyir.

Abdulov Samir Zabud oğlu

abdinov samir28 dekabr 1986-cı ildə anadan olub. 2005-ci ildə Sumqayıt şəhər 14 saylı orta məktəbi bitirib. 2005-ci ilin oktyabr ayından 2007-cı ilin aprel ayına qədər hərbi xidmət borcunu yerinə yetirib.

- Özümü dərk edəndən ailəmizi halal ruzi ilə dolanan görmüşəm. Atam ömrünü, gününü zəhmətə bağlayıb. Elektrik montyorudur. Özəl işlərdə çalışır. Çörəyini min bir əziyyətlə qazanır. Amma bir dəfə də olsun taleyindən gileylənməyib.

Hərbi xidmətdən qayıtdıqdan sonra müəyyən səbəblər üzündən ali təhsil almaq məsələsini arxa plana keçirdim. Bir neçə il müxtəlif sahələrdə – müvəqqəti işlərdə çalışdım.

Heç birində müqaviləm, sığortam, normal əməkhaqqım yox idi. ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaş- dırma İda- rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinə şagird qəbulu ilə bağlı elanla tanış olandan və evlə məsləhətləşib razılıq alandan sonra gedib Mərkəzlə şəxsən tanış oldum və çox xoşuma gəldi. Bura eşitdiyimiz və bildiyimiz peşə məktəblərindən deyildi. Geniş, yaraşıqlı, müasir texnoloji avadanlıqlarla təmin olunmuş tədris və təcrübə otaqları, səliqə-səhman hamısı yerli-yerində idi.

Artıq təhsil və təcrübə dövrü arxada qalıb. Ötən ilin avqust ayından «Azərikimya» İB-nin Etilen-polietilen zavodunun elektrik təchizatı, elektrik ava- dan- lıqlarının təmiri və istehsalı sexində elektrik ava- dan- lıqlarının təmiri və xidməti üzrə 4-cü dərəcəli elektrik montyoru kimi çalışıram. Təlim-Tədris Mərkəzin-də gördüyüm diqqət və qayğını burada da təcrübəli ustalardan, sex və istehsalat rəislərindən, həmçinin «Azəri-kimya»

İB-nin rəhbərliyindən görürəm. Bizə normal və təh- lü- kəsiz iş şəraiti yaradılıb, əmək müqaviləmiz və tibbi sığortamız var, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmuşuq.

Burada çalışmağım – daimi iş yerimin olması sabaha inamımı daha da artırıb. İdmanın cüdo növü ilə məşğul oluram, kompüter biliyim normaldır. Gələcəkdə ARDNŞ-nin Ali Neft Məktəbində təhsil alaraq, Dövlət Neft Şirkətinin fəxri üzvlərindən birinə çevrilmək istəyirəm.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın