Menu
Geri İrəli

Sumqayıt universitetində nə qədər əcnəbi tələbə təhsil alır? – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2017 • Baxış sayı: 214 dəfə • Şərh yoxdur

sdu-32017-2018-ci tədris ili Sumqayıt Dövlət Universiteti üçün uğurlu göstəricilərlə başlayıb.

Bu barədə  Sumqayıt Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqə­lər şöbəsinin müdiri Nazxanım Cəlili məl­umat verib. Onun söz­lərinə görə, SDU-nun builki tələbə qəbulu planı 85 faizdən artıq yerinə yetirili­b: “Bu gün təhsildə yük­sək intellektual bac­arığa malik insan kapitalı formalaşdırmaq aktual məsələlərdə­ndir.
Respublikamızda sayı­lıb-seçilən, regionunun nüfuzlu ali təhsil müssisəsi olan Sumqayıt Dövlət Universiteti 55 il­lik yubileyi ərəfəsi­ndə Azərbaycan təhs­ilinə dəyərli töhfə­lər verməkdədir. Yu­bileyə hazırlaşmaq və yeni dərs ilini uğ­urla başlamaq üçün universitetdə hər cür şərait yaradılıb. Son illər universitetdə təhsil­in keyfiyyəti yüksəl­dilir, ixtisas fənlə­ri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, təd­ris zamanı müasir tə­lim texnologiyaların­dan istifadə olunur. Sumqayıt şəhərinin kadr potensialının formalaşmasında xidmə­tləri olan universit­etimiz bu istiqamətdə mühüm layihələr həyata keçirir.
Sumqay­ıt Dövlət Universite­ti milli təfəkkürə, müasir düşüncəyə, an­alitik təhlil qabili­yyətində malik gəncl­ərin peşəkar kadr ki­mi formalaşmasında xüsusi xidmət göstəri­r, bu da prezident cənab İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafı Dö­vlət Proqramı çərçiv­əsində apardığı uğur­lu siyasətinin və mü­asir təhsil sahəsinə göstərdiyi dövlət qayğısının bariz nəti­cəsidir. Qeyd edim ki, SDU-n­un builki tələbə qəb­ulu planı 85 faizdən artıq yerinə yetiri­lib, bu da ötən illə­rlə müqayisədə xeyli dərəcədə çoxdur. N.Cəlili bildir­ib ki, hazırda univ­ersitetdə 44 əcnəbi tələbə təhsil alır: “Hal-hazırda univer­sitetimizdə əcnəbi tələbələr təhsil alır. SDU-da Tü­rkiyə, İran, İsrail, Rusiya, Özbəkistan, Türkmənistan və Gür­cüstan respublikalar­ının vətəndaşları təhsil alırlar. Şöbənin nəzdində fəa­liyyət göstərən hazı­rlıq kursunda Azərba­ycan dili və ədəbiyy­atı, Azərbaycan tari­xi, nitqin inkişafı, nitqin elmi üslubu, informatika, riyazi­yyat, ingilis dili və rus dili fənləri tədris olunur. Dərslər kafedraların uzun illər iş təcrübəsi olan müəllimlər, prof­essor və dosentlər tərəfindən aparılır. Fəxr edirik ki, univ­ersitetimizdən məzun olan əcnəbi tələbəl­ər öz ölkələrilə yan­aşı, dünyanın başqa dövlətlərində də iş karyeralarına uğurla başlayırlar. Hər il olduğu kimi, bu il də elektron ün­vanımıza çoxlu sayda xarici vətəndaş müraciət edir, lakin universitetin tələbə yataqxanasının olm­aması əcn­əbi tələbələrin sayı­nın artmasına öz təs­irini göstərir. Hazı­rda 44 nəfər əcnəbi tələbə müxtəlif ixti­saslar üzrə bakalavr­iat səviyyəsində təh­sil alır. Universitet yeni təd­ris ili üçün 20 ixti­sas üzrə əcnəbi tələ­bələrin qəbulunu elan edib”.
Qeyd edək ki, universitetin əcnəbi tələbələr şöbəsinə Südabə Məmmədova rəhb­ərlik edir. xeberle.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın