Menu
Geri İrəli

Sumqayıt Universitetində tədris olunan üç ixtisas Avropa standartlarına uyğun sayılaraq akkreditasiyadan keçib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2017 • Baxış sayı: 351 dəfə • Şərh yoxdur

14857730513146416352_1000x669Sumqayıt Dövlət Universitetinə (SDU) Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) tərəfindən akkreditasiya şəhadətnaməsi verilib. Universitetdə tədris olunan üç ixtisas – bakalavr pilləsində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Elektroenergetika mühəndisliyi”, magistratura pilləsində isə “Enerji menecmenti” ixtisasları Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya edilib.

Universitetdən AZƏRTAC–a bildirilib ki, SDU-da tədris edilən bu üç ixtisasın akkreditasiya olunması Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Sumqayıt Dövlət Universitetində “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Bolonya prosesinə uyğunlaşdırılması” (516678 TEMPUS-1-2011-DE-TEMPUS – JPCR) layihəsi çərçivəsində həyata keçirilib.

Akkreditasiyadan keçmək üçün xüsusi keyfiyyət meyarları və standartlar mövcuddur. Proses zamanı akkreditasiya komissiyası təhsil müəssisəsinin maddi-texniki və normativ-hüquqi sənədlər bazası, professor-müəllim heyətinin tərkibi, tələbələrin biliyinin qiymətləndirilməsi və digər meyarlar əsasında faktları yerində araşdırır, təhsil müəssisəsinin, onun hazırladığı kadrların dövlət təhsil standartlarına uyğun olub-olmamasını müəyyənləşdirir və həmin ixtisas üzrə kadr hazırlığının davamlığına icazə verir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın