Menu
Geri İrəli

Sumqayıtda 700 bal toplayanlar indi harada işləyirlər?

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2016 • Baxış sayı: 1,975 dəfə • Şərh yoxdur
Share Button
Artıq bir neçə ildir ki, orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarında müxtəlif ixtisas qrupları üzrə maksimum nəticələr əldə edərək 700 bal toplayırlar.
Sumqayıtlı məzunlar arasında ilk belə uğura 2008-ci ildə rast gəlinib. Həmin vaxtdan indiyədək Sumqayıtda yaşayan və 700 bal toplayan abituriyentlərin sayı 2 nəfərdir. 2008 və 2013-ci illərdə 2 nəfər abituriyent qəbul imtahanlarında 700 bal toplayıb. Həmin abituriyentlərdən 1 nəfəri hazırda təhsilini davam etdirir, 1 nəfəri isə artıq təhsilini başa vurub.
Bəs, görəsən ali təhsil müəssisəsini bitirən həmin məzun hazırda nə işlə məşğuldur? Cəmiyyətdə öz layiqli yerini tuta bilibmi? Yəqin ki, təhsildə ən yüksək nəticə göstərməklə cəmiyyətin diqqətini özlərinə çəkməyi bacaran bu insanın indi hansı işlə məşğul olduqlarının hamı üçün maraq doğuracağını nəzərə alıb həmin şəxslə əlaqə saxladıq.
ELVİN DADAŞOV

Söhbət 2008-ci ildə 700 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati İdarəetmə” fakültəsinə qəbul olan Dadaşov Elvin Vaqif oğlundan gedir. E. Dadaşov Təbiət  Elmləri Təmayüllü Gimnaziyanı bitirib. Universitet illərində dəfələrlə “Breyn- rinq” üzrə şəhər və respublika çempionatlarında qalib yerləri tutub, “İlin tələbəsi” seçilib. Tələbə dövründə tərcüməçi, marketing menecer və fərdi inkişaf jurnalında redaktor müavini kimi çalışıb. 2012-ci ildə ali təhsili başa vuran E. Dadaşov hərbi xidmətə yollanıb. O, hərbi xidmətdən sonra təhsil sektorunda biznes qurub. 2013-cü ildə “Best Friends” Təhsil və Karyera Mərkəzini təsis edib. Daha sonra “Panda School” adlı məktəbəqədər hazırlıq şəbəkəsinin əsasını qoyub.Hazırda bu şəbəkənin 6 filialı var. Bundan başqa digər biznes sektorlarında uğurlu fəaliyyəti vardır. “İlin gənc sahibkarı” seçilib. Şəhərin ictimai-siyasi həyatında fəal roluna görə iki dəfə Sumqayıt Şəhər İcra Başçısı tərəfindən fəxri fərmanla təltif edilib. Sumqayıt şəhər YAP Gənclər Birliyinin sədr müavinidir. Elvin Dadaşov gənclərə fərdi inkişaf və biznes yönümlü təlimlər verir. O, hal-hazırda gənc sahibkar kimi Panda School şəbəkəsinə rəhbərlik edir.

FLORA QAFAROVA

F. Qafarova 1996-cı il fevralın 13-də Sumqayıt şəhərində anadan olub. 2002-ci  ildə Sumqayıt şəhər N.Gəncəvi adına Texniki və Təbiət elmləri liseyinə I sinfə qəbul olunub. İbtidai təhsili “əla” qiymətlərlə bitirib. Yuxarı siniflərdə də müvəffəqiyyətlə oxuyub və liseyin sayılıb-seçilən şagirdlərindən olub.
Oxuduğu illərdə fənn olimpiadalarında fəal iştirak edib, olimpiadanın şəhər turunun mükafatçıları sırasına çıxıb. Liseyi “əla” qiymətlərlə bitirib.
2013-cü ildə ali məktəbə qəbul imtahanlarında 700 bal toplayan F. Qafarova hazırda Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilən Qafqaz Universitetinin 4-cü kurs tələbəsidir.
Təəssüflə qeyd etməliyik ki, artıq son 3 ildir ki, sumqayıtlı abituriyentlərdən 700 bal toplayana rast gəlinmir.
Xeberle.com
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın