Menu
Geri İrəli

Sumqayıtda “Bilik yarışı”nın qalibləri mükafatlandırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2014 • Baxış sayı: 942 dəfə • Şərh yoxdur

araz-hazirliqBakı Özəl Türk Liseyində Nərimanov rayon məktəblərinin 8, 9, və 10-cu sinif şagirdləri arasında keçirilən “Dünya Azərbaycanlılarının Həmrəylik” gününə həsr olunmuş “Bilik yarışı”nın mükafatlandırılması mərasimi keçirildi.

Nərimanov Araz Hazırlıq Kursları tərəfindən keçirilən tədbir ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Gələn qonaqları salamlayan Nərimanov Araz Hazırlıq Kurslarının müdiri Vüqar Rəcəbov kursun umumi fəaliyyəti haqda məlumat verdi. V. Rəcəbov ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərmiş kurs məzunlarına şirkət tərəfindən müəyyən məbləğdə pul mükafatları verildiyini bildirdi: “Bu ildən mükafatlar artırılıb. 700 bal toplayan hər abituriyentə 2000 azn, respublika birincisi 1500 azn, qrup birincisi 1250 azn, qrup ikincisi 1000 azn, qrup üçüncüsü 750 azn, Prezident təqaüdçüsü 500 azn, 650 və daha çox bal toplayan 250 azn, 600-649 arası bal toplayanlara isə 150 azn məbləğində pul mükafatı veriləcək”. “Bilik yarışı” barədə də məlumat verən V. Rəcəbov ümumilikdə Nərimanov rayonunun, demək olar, bütün məktəblərinin yarışmada iştirak etdiyini və ümumilikdə 76 şagirdin mükafatçılar sırasında olduğunu qeyd etdi: “Bunlardan 14-ü 1-ci yeri, 12-si 2-ci yeri, 12-si də 3-cü yeri tutub”. Yer tutan şagirdlərin adları çəkildikdən sonra mükafatlandırılma mərasimi keçirildi. Mükafatlar şagirdlərə Vüqar Rəcəbov və Sabunçu Araz Hazırlıq Kurslarının müdiri Ruslan Əliyev tərəfindən təqdim edildi. Sumqayıt Araz Hazırlıq Kurslarında da “Bilik yarışı”nın qalibləri mükafatlandırılıblar. Yarışın qaydalarına əsasən, bütün qruplardan 8, 9 və 10-cu siniflər üzrə I, II və III yerləri tutan 36 şagird hədiyyələrlə yanaşı, fəxri fərmanlarla təltif edilib. Birinci yeri tutanlara planşet, ikinci yeri tutanlara rəqəmsal fotoaparat, üçüncü yerin qaliblərinə isə mobil telefon verilib. Şagirdlərlə yanaşı, onların oxuduqları məktəbin direktorları da fəxri fərmanlarla təltif ediliblər.

Sumqayıt Araz Kurslarının müdiri Əvəz Qasımov çıxış edərək, “Bilik yarışı”nın mahiyyəti barədə məlumat verdi. Onun sözlərinə görə, şagirdlər bu yarışda iştirak etmək üçün yüksək maraq göstərirlər, istənilən halda bu onların xeyrinədir: “Bu cür yarışlarda məğlub olmur, yarışlarda qazanılan bilik və bacarıqlar onlar üçün uğurlu təcrübədir”. Nicat Xıdırlı Sumqayıt, Ceyhun Əsədov, Bakı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın