Menu
Geri İrəli

Sumqayıtda elektron dərs vəsaitinin təqdimatı olub – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Aprel 2016 • Baxış sayı: 455 dəfə • Şərh yoxdur

Sumqayıtda İdrak Liseyində “Tədris prosesində elektron lövhə və elektron laborator proqramlarından istifadə” adlı dərs vəsaitinin təqdimat mərasimi olub. Tədris prosesində elektron lövhə və elektron laborator proqramlarından istifadə adlı dərs vəsaitinin müəllifi pedaqoji elmlər doktoru, professor Mövsüm Alışovdur.

Təqdimat mərasimində çıxış edən müəllif bildirib ki, dərs vəsaiti tədris prosesində interaktiv lövhə və müxtəlif fənlərin tədrisində virtual laborator proqramlarından istifadə edilməsinə həsr olunub. Qeyd edilib ki, bu təlimin əsas prinsiplərindən biri əyaniliyin tədrisdə təmin edilməsidir. Çıxış edən tədqiqatçılar, pedaqoqlar nəşrin əhəmiyyətini nəzərə alaraq, təhsildə bu sahənin inkişafının vacibliyini vuğuladılar.

Diqqətə çatdırılıb ki, təhsil ocaqlarında müasir dövrün tələblərinə uyğun olaraq, informasiya texnologiyalarının istifadənin geniş təbliği və təşkilinə ehtiyac var. Elektron lövhə və elektron laborator proqramlarından istifadə məktəblərdə təhsilin keyfiyyətinin yüksəlməsinə böyük töhvə verəcək. Daha sonra dərs vəsati slaydlarla təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.










Facebook Şərhləndirmə:

Şərhinizi yazın