Menu
Geri İrəli

Sumqayıtda fəhlə 100 manatdan mərcə girdi – Qəbul imtahanında 532 bal topladı

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Avqust 2016 • Baxış sayı: 1,521 dəfə • 1 şərh
Share Button

ibrahimSumqayıtda maraqlı hadisə baş verib.

Qəhrəmanov İbrahim adlı gənc qəbul imtahanları ərəfəsində dostu ilə 100 manatdan mərcə girib. Mərcin şərtlərinə görə İbrahim qəbul imtahanlarında keçid balını yığmalı – minimum nəticəni göstərməli imiş.

Amma imtahanların nəticələri açıqlandıqdan sonra məlum olub ki, abituriyent 3-cü qrup üzrə daha artıq – 532 bal toplayıb. Hadisənin ən maraqlı tərəfi budur ki, İbrahim hazırda “Sədərək” bazarında fəhlə işləyir.

Bu gənc 10 il bundan öncə 554 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub. 4 il həmin ixtisas üzrə müvəffəqiyyətlə təhsil aldıqdan sonra bankda çalışıb. Amma maddi sıxıntıları, kredit borcu olduğu üçün işdən uzaqlaşdırılıb. Acınacaqlı vəziyyətə düşən İbrahim bir müddət işsiz qalıb. Amma sonradan fəhlə işləmək qərarına gəlib. O, əslən Qubadlı rayonundandır, 1993-cü ildən Sumqayıtda yararsız şəraitdə olan köhnə mehmanxanada məskunlaşıb. İbrahimin sözlərinə görə, gələn imtahanlarda daha böyük məbləğdən mərcə girərək maksimum – 700 bal toplamaq niyyətindədir. xeberle.com

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda fəhlə 100 manatdan mərcə girdi – Qəbul imtahanında 532 bal topladı” yazısına bir cavab

  1. SƏHLA deyir:

    ЛУЧШЕ ПУСТЬ СДАЕТ ЭКЗАМЕН ДЛЯ ВОССТАНОВЛЕНИЕ В ИНСТИТУТ С КАКОГО КУРСА УШЕЛ ПО МАТЕРИАЛЬНЫМ СОСТОЯНИЕМ. Я УВЕРЕНА ОН СМОЖЕТ ДОБИВАТЬСЯ ЭТОГО….

Şərhinizi yazın