Menu
Geri İrəli

Sumqayıtda idmançılarla növbəti görüş keçirildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2016 • Baxış sayı: 492 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində fəaliyyət göstərən Aşağı Cicimli tam orta məktəbində sambo və cüdo üzrə uğur qazanmış idmançılarla görüş keçirildi

“Azəri İdman Sağlamlıq Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə həyata keçirdiyi “Sumqayıt məktəblərində idmanın təşviqi və pulsuz sambo, cüdo məşqlərinin təşkili” layihəsi çərçivəsində sonuncu görüş Sumqayıtda yerləşən Laçın rayon Aşağı Cicimli kənd orta məktəbində təşkil olundu. Tədbirdə məktəbin 5-7-ci sinif şağirdləri iştirak edirdi. Tədbiri açan “Azəri İdman Sağlamlıq Mərkəzi” İctimai Birliyinin sədri, Azərbaycanın Əməkdar məşqçisi, Respublika Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Mirağa Qiyasov həyata keçirilən layihənin məqsədi və qarşıya qoyulan vəzifələr barədə iştirakçılara məlumat verərək qeyd etdi ki, bu layihənin  əsas məqsədi orta məktəb şagirdlərində idmana, əsasən də cüdo və samboya maraq oyatmaq, perspektivi olan yeniyetmələri peşəkar məşqçilərin rəhbərliyi altında pulsuz məşqlərə cəlb etmək, beləliklə də idmanın məktəblilər arasında daha da populyarlaşmasına nail olmaq, onları zərərli vərdişlərə qurşanmaqdan çəkindirmək, sağlam böyümələrinə şərait yaratmaqdır.

Layihənin rəhbəri Mirağa Qiyasov çıxışında idmanın gənc nəslin təlim-tərbiyəsində, onlara sağlam həyat tərzinin aşılanması və zərərli vərdişlərdən çəkindirilməsində xüsusi əhəmiyyətindən ətraflı danışdı. Daha sonra 1970-ci ildən Sumqayıt Kompressorlar zavodunun idman zalında sambo üzrə məşqçilik fəaliyyətinə başlamasını, yetirmələrinin Avropa və dünya çempionatlarında 49 medal qazanmasını, 3 yetirməsinin Azərbaycanın Əməkdar məşqçisi, 4 yetirməsinin Beynəlxalq idman ustası, 30-dan çox çox yetirməsinin idman ustası nəticəsini əldə etdiyini qeyd etdi.

M.Qiyasov öz yetirmələri olan məşqçilərinin də hazırda sambo sahəsində böyük uğurlar əldə etdiklərini və onlarla idmançı yetişdirdiklərini xüsusi qeyd etdi və onların uğurlarına hədsiz sevindiyini vurğuladı.

Görüşdə iştirak edən Azərbaycan və ümumittifaq yarışların qalibi, SSRİ idman ustası, polis polkovnik-leytenantı Sabir Məhərrəmov, respublika və ümumittifaq yarışların mükafatçıs, SSRİ idman ustası Əzizağa Allahverdiyev, Respublika çempionu, ümmittifaq yarışların gümüş mükafatçısı, idman ustası Mehman Hüseynov, Ümmittifaq yarışların qalibi, idman ustası Akif Əliyev, respublika çempionu, dünya çempionatının bürünc mükafatçısı Əmrah Cəfərov çıxış edərək böyük idmanda qazandıqları uğurlar barədə tədbirdə iştirak edən şağirdlərə ətraflı məlumat verdilər.

Görüşdə şagirdlər hazırda Sumqayıtda yaşayan, Azəri İdman Sağlamlıq Mərkəzinin idman zalında vaxtıilə  Əməkdar məşqçi Mirağa Qiyasovun rəhbərliyi ilə sambo ilə məşğul olaraq keçmiş SSRİ, Avropa və dünya birinciliklərində uğurlar qazanmış tanınmış idmançıları böyük maraqla dinlədilər və çoxsaylı suallarla qonaqlara müraciət etdilər. Qonaqlar da, hər bir şagirdin sualına səmimiyyətlə cavab verir, onları dərslərini yaxşı oxumaqla yanaşı idmanla məşğul olmalarının daha faydalı olmasına inandırmağa çalışırdılar.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi Həsən Səmədov da iştirak edirdi.

Feyruz Şivəxanov,  Layihənin koordinatoru

13414628_10208485819556637_374050691_n 13393321_10208485841837194_1480983386_n 13414032_10208485819196628_21767713_n 13414531_10208485842197203_1452700738_n 13414540_10208485819756642_1392521108_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın