Menu
Geri İrəli

Sumqayıtda ilk dəfə “Mükəmməl Pedaqoq” layihəsinin təlimi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Mart 2017 • Baxış sayı: 483 dəfə • Şərh yoxdur

17474959_722226021283711_2103136770_nBugün Sumqayıtda ilk dəfə “Mükəmməl Pedaqoq” layihəsinin təlimi keçirildi.Təlim “YUVAM” Dərs Evi və CIBS(Caspian International Business Services) Təlim Mərkəzinin birgə əməkdaşlığı sayəsində baş tutan təlimdə Sumqayıtda fəaliyyət göstərən tədris mərkəzlərində çalışan pedaqoq və psixoloqlar, Sumqayıt Dövlət Universitetinin pedaqoji heyətindən müəllimlər və karyerasını pedaqogika – psixologiya sahəsində qurmaq istəyən gənc kadrlar iştirak etdi. Təlim “YUVAM” Dərs Evində baş tutdu.
Qeyd edək ki, bu proqram ilk dəfə olaraq CIBS təlim mərkəzi tərəfindən Azərbaycana gətirilib. Proqram yüksək səviyyədə və peşəkar şəkildə hazırlanmışdır. Proqramın tərtibində qabaqcıl psixoloji metod və biliklərdən istifadə olunub. “Mükəmməl Pedaqoq”layihəsi pedaqoq və psixoloqlara məktəblilərin psixoloji durumunu, onların xarakterini , fərdi xüsusiyyətlərini dəqiq və operativ öyrənsinlər, məktəblilərlə daha effektiv ünsiyyət qura bilsinlər və problemlərə yerindəcə müdaxilə edib nəticə ala bilsinlər deyə imkan yaradır.

Təlimə daxil olan mövzular:
1. Şəxsiyyətin xarakteristikası.
2. Verbal təsir üsulları.
3. Bədən quruluşuna görə xarakteristika.
4. Emosiyanın idarə olunması.
5. Praktika
6. Aqressiv uşaqların psixoloji xüsusiyyəti.
7. Həyacanlı uşaqların psixoloji xüsusiyyətləri.
10. Məzmunda analiz
11. Təmsil sistemləri

TƏLİMÇİ:
TƏBRİZ HACIYEV
CIBS (Caspian International Business Services) təlim mərkəzinin təsisçisi,“Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri, Biznes təlimçi, Yalan üzrə ekspert, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri. Gilan Holding, ASB (Azərbaycan Sənaye Bankı), CSS (Caspian Support Solutions), Bakı Sığorta, Bank Respublika, AZBENTONİT, MBASK sığorta kimi onlarla böyük şirkətlərə və ya onların nümayəndələrinə habelə FHN (Fövqaladə Hallar Nazirliyi), DİN (Daxili İşlər Nazirliyi), eləcə də digər müxtəlif güc strukturlarında və ya onların ayrı-ayrı nümayəndələrinə yüzlərlə təlim və seminarlar vermişdir. Eyni zamanda “60 saniyədə insan tanıma sənəti” kitabının müəllifidir.

Təlimdə Təbriz müəllimin müəllifi olduğu “60 saniyədə insan tanıma sənəti” kitabının Sumqayıtda ilk təqdimatı da oldu. Kitabla tanışlıq və əldə etmək istəyənlərə ilk dəfə endirim də edildi. Müəllifdən imzalı kitablarını da əldə edən iştirakçılarımız oldu.

6 saat davam edən təlimdə (10:00-16:00) pedaqoq və psixoloqlar üçün faydalı və dəyərli məlumatlar verildi. İştirakçılar fasilədə təlimin mövzusu üzərində müzakirələr apardı. Təlim davam edən müddətdə davamlı olaraq verilən biliklərin sual-cavab edilməsi ilə yanaşı, bir başa təcrübəsi də keçirildi.

Təlimçi Təbriz Hacıyevin də dediyi kimi, bu təlimin Sumqayıtda ilk dəfə “YUVAM” Dərs Evinin rəhbəri Sevinc xanımın təşəbbüskarlığı ilə baş tutması gələcəkdə bu əməkdaşlığın davamının olacağına da zəmin yaratmış olacaq. Sumqayıtda daha bir neçə təlimlər məhz bu əməkdaşlıq nəticəsində baş tutacaq.

Təlimin sonunda xoş təəssüratlar əbədiləşən fotolara həkk edildi.


17495983_722227624616884_176258283_n 17505909_722227614616885_795835161_n 17547201_722225667950413_1030426327_o

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın