Menu
Geri İrəli

SUMQAYITDA İLK: “HUMANİZM PEDAQOGİKASI”LABORATORİYASI

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2016 • Baxış sayı: 373 dəfə • Şərh yoxdur

IMG-20160603-WA0002Bu gün təhsil sahəsində aparılan islahatlar müəllim və pedaqoji kollektivlər qarşısmda böyük və məsul vəzifələr qoyur. Gənc nəslin təlim-tərbiyəsində, yeni ideyaların və metodların gerçəkləşdirilməsi zamanın tələbindən irəli gəldiyindən yaradıcı axtarışlar davam etməkdədir. Qabaqcıl təcrübənin həyata keçirilməsində hər bir müəllimdən təşəbbüskarlıq, elmə maraq tələb olunur. Bu sahədə 11 saylı orta məktəb başqalarından fərqlənir.

Sumqayıtda ilk dəfə olaraq Respublika “Humanist Pedaqogika Mərkəzi”-nin bazası əsasında “Humanizm pedaqogikası” laboratoriyası məhz 11 saylı məktəbdə fəaliyyətə başlamışdır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi texniki avadanlıqlar, kartotekalar, şagirdlər üçün video-filmlər, mədəniyyətimizin və ədəbiyyatımızın korifeyləri haqqında kifayət qədər məlumatlar toplanılmışdır.

Bu günlərdə həmin laboratoriyada məktəbin müəllim heyəti ilə görüş təşkil olunmuşdur. Görüşdə Respublika “Humanist Pedaqogika Mərkəzi”in direktoru Riza Xəlilov, məktəbin direktoru Şəhla Bağırova, direktor müavini Lybov İsmayılova və laboratoriyaya rəhbərlik edən Fəridə Şirinova iştirak etmişlər. Görüşün əsas məqsədi təhsil prosesində uşaqlara fərdi yanaşmada hümanizm prinsiplərinin əsasları müzakirə olunmuşdur. Müzakirələrdə qeyd edilmişdir ki, humanizm pedaqogikası şagirdlərin mənəvi tərbiyəsinə, zənginliyinə, xarakterin formalaşmasına, nəcib və ləyaqətli bir vətəndaş kimi yetişməsinə xidmət edir.

Bütün bu prinsiplər mövcud olan avtoritar pedaqoji təfəkkürün dəyişilməsinə, yeni mütəfəkkir təfəkkürün formalaşmasına yönəldilmişdir. Məşhur klassiklər Nizaminin, Nəsiminin, Füzulinin, böyık maarifcilərdən Ş.Amonaşvilinin, K.Uşinskinin, V.Suxomlinskinin, Y.Korçakın öz ölməz əsərlərində və elmi yanaşmalarında göstərilir ki, yeni nəslin böyüməsində hər bir şagirdin daxili aləmini açmaqla, onların xarakterini, düşüncəsini xeyirxahlıqda, alicənablıqda, mərhəmətdə, gözəllikdə axtarmaq və üzə çıxartmaq lazımdır.

Boyük pedaqoq Ş.Amonaşvilinin belə sözləri var: “Kimsədən aslı olmadan, əgər səndən xeyirxahlıq gözləsələr də, gözləməsələr də, sən Xeyirxahlıq et. Kimsədən asılı olmadan, əgər sənin xeyirxahlığın yamanlıqla əvəz olunsa belə, cən Xeyirxahlıq et. Sən heç kimdən soruşma və işazə alma. Çünki sənin xeyirxahlığın üzərində kimsə hökmranlıq edə bilməz”.

Bu sözlər Fəridə müəllimənin öz həmkarları ilə keçirdiyi görüşün əsas ana xəttini təşkil edirdi. Qarşılıqlı fikir mübadiləsi bunu bir daha sübut etdi.

Uşaqları xeyirxahlığa, nəcibliyə, gözəlliyə səsləmək, yeni nəsli məhz bu yönümdə tərbiyələndirmək Vətənə layiqli övlad yetişdirmək deməkdir.  Bu təhsil işçiləri qarşısında duran müqəddəs vəzifələdən biridir. 11 saylı orta məktəbin müəllimi Fəridə Şirinovanın rəhbərliyi ilə fəaliyyət göstərən “Humanizm pedaqogikası” laboratoriyası özünün ilk kövrək addımlarını atır. İnanırıq ki, humanizm prinsipləri əsasında uşaqların sağlam düşüncəli, tərbiyəli və xeyirxah böyücəklərinə olan ümidlər özünü döğruldacaq.

Eyruz Məmmədov,

Respublikanın əməkdar jurnalisti    

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın