Menu
Geri İrəli

Sumqayıtda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2016 • Baxış sayı: 677 dəfə • Şərh yoxdur

13244675_490613514479261_1764765462179482133_n

sumayitxeber.com xəbər verir ki, Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə “İnsan hüquqları aylığı” çərçivəsində “Uşaqların hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir” mövzusunda tədbir keçirilib.

Tədbirdə şəhər prokurorunun köməkçisi Orxan Hacıyev, Təhsil Şöbəsinin metodisti  Esmira İbrahimova, Şəhər Polis İdarəsinin nümayəndəsi Sumqayıt şəhər Polis  İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi, polkovnik-leytenant Yaqub Baxşəliyev iştirak edib.

Şagirdlərə “Uşaq Huquqları Konvensiyası” haqqında geniş məlumat verilmiş, uşaqların yaşaması və inkişafı üçün zəruri olan minumum standartlar barədə məlumat verilib. Tədbir iştirakçılarına inkişaf hüquqları, müdafiə hüquqları,işştirak hüquqları və yaşamaq hüquqları barədə ətrafılı məlumatlar verilmiş , Azərbaycan Respublikasının Konstitusiyası və Təhsil Qanunundan irəli gələn vəzifələr ətrafında söhbət aparılıb.

13221601_490613347812611_3464236566494613136_n (1)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın