Menu
Geri İrəli

Sumqayıtda kağız tullantıları yığanlar mükafatlandırılacaqlar: müxtəlif hədiyyələr, diplom… – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2016 • Baxış sayı: 762 dəfə • Şərh yoxdur

İDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində Sumqayıt şəhərindəki təhsil müəssisələrinin şagird və tələbələri arasında kağız tullantılarının yığılması üzrə yarış xarakterli aksiya təşkil olunub.
Təhsil Nazirliyindən bildiriblər ki, layihəyə uyğun olaraq, iyunun 1-dən etibarən Sumqayıt şəhərində “Sadəcə bir vərəq deməyək” sosial aksiyası keçirilib. Aksiyada Sumqayıt şəhəri üzrə 55 təhsil müəssisəsi iştirak edib.
Aksiyada ən çox fəallıq göstərən təhsil müəssisələrindən Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziya 3 min 100 kiloqram, 14 nömrəli tam orta məktəb 2 min 400 kiloqram, Texniki və Təbiət Elmləri Liseyi 2 min 200 kiloqram, 6 nömrəli tam orta məktəb 2 min 24 kiloqram kağız təhvil verib. Ümumilikdə, aksiya çərçivəsində 39 min 170 kiloqram kağız toplanıb.
Hər bir təhsil müəssisəsi topladığı kağız tullantılarının miqdarına uyğun olaraq müxtəlif hədiyyələr, diplom, fəxri fərman, təşəkkürnamə ilə mükafatlandırılacaq.
Aksiya ilə bağlı yekun tədbir iyunun 24-də saat 14.00-da Sumqayıt “ASAN xidmət” mərkəzində keçiriləcək.
Aksiyanın məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.

1466596478_14665231425043434169_1000x669 1466596388_14665231423385318339_1000x669 1466596393_14665231422097547420_1000x669 1466596435_14665231425833212127_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın