Menu
Geri İrəli

Sumqayıtda keçirilən bilik yarışının qalibləri təltif edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2015 • Baxış sayı: 489 dəfə • Şərh yoxdur

144783012540670349_1000x669SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin (İB) təşkilatçılığı ilə Sumqayıt şəhərinin bir sıra müəssisə, idarə və təşkilatlarının komandaları arasında keçirilən “Breyn-rinq” bilik yarışının qalibləri təltif edilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt kimyaçılarının da təmsil olunduğu yarışlara ümumilikdə 20 komanda qatılıb.

Bilik yarışında Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin komandası birinci, YAP Sumqayıt şəhər təşkilatının və “Azərikimya” İB-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qalib komandalara “Azərikimya” İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın