Menu
Geri İrəli

Sumqayıtda müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2015 • Baxış sayı: 1,157 dəfə • Şərh yoxdur
Share Button

imtahan2Bu gün Sumqayıt şəhərində Abşeron və Qubadlı rayonlarının, Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanlar Sumqayıt Olimpiya İdman Kompleksində keçirilir. İmtahanda 9000-ə yaxın müəllimin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Sumqayıt şəhərində 16-20 dekabr tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.
İmtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanacaq. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilirlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın