Menu
Geri İrəli

Sumqayıtda “Müəllimlərin İKT bacarıqlarının artırılması ” mövzusunda seminar keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2017 • Baxış sayı: 457 dəfə • Şərh yoxdur

06 may 2017-ci il tarixində “YUVAM” Dərs Evinin təşkilatçılığı ilə Sumqayıtda “Müəllimlərin İKT bacarıqlarının artırılması və interaktiv texnologiyalardan istifadə ” mövzusunda seminar keçirildi.

Seminar İKT sahəsində beynəlxalq eksper Ramil Süleymanovun rəhbərliyi ilə Sumqayıt şəhər Poeziya Evində baş tutdu. “YUVAM” Dərs Evinin rəhbəri Sevunc xanımın təşəbbüsü ilə məllimlər üçün keçirilmiş növbəti seminarda iştirakçı sayı təəccübləndirdi.

Nəinki Sumqayıt müəllimlərinin, hətta Bakı məktəblərinin, ali təhsil ocaqlarının və bağça müəllimlərin iştirakı ilə keçən seminar dəyərli anlarla yadda qaldı. Sevindirici hal idi ki, Sumqayıt müəllimlərinin və inkişafmeyilli gənclərin seminar və təlimlər üçün Bakıya üz tutduqları bir zamanda bu dəfə Bakıdan Sumqayıta pedaqoqların axını oldu. 100 nəfərdən çox iştirakçısı olan seminarda dəyərli bilgilər paylaşıldı, interaktiv texnologiyalarla tanışlıq oldu, Ramil müəllimin dəyərli və səmərəli məlumatlarından bilgilər əldə edildi. Seminar sonunda iştirakçıların hər biri sertifikatla təltif edildi, xatirə şəkilləri çəkildi.

“YUVAM” Dərs Evinin rəhbəri Sevinc xanımın iştirakçılara özəl sürprizləri də oldu. İştirakçı olan dəyərli pedaqoqlar seminardan faydalı məlumatlar almaq, dəyərli bilgilərə yiyələnmək və sertifikat əldə etməklə yanaşı bir də “YUVAM” xidmətlərindən və yaxın gələcəkdə təşkil olunması planlaşdırılan təlimdən 25% endirim əldə edərək, endirim kuponlarını da əldə etmiş oldular. Sevinc xanımdan alınan müsahibə zamanı, gənc rəhbər bildirdi ki, müəllimlərin şəxsi və peşəyönümlü inkişafı onu ən çox maraqlandıran sahələrdən biridir.

Bu səbəbddən məhz bu istiqamətdə mütəmadı seminar və təlimlər təşkil edirlər. Bu seminar da onlardan biridir və bu son deyil. Yaxın gələcəkdə məhz pedaqoqlar üçün hazırlanmış yeni-yeni layihələrin, təlim və seminarların gün üzünə çıxmasını planlaşdırdığını bildirdi.

Xatırladaq ki, “MÜKƏMMƏL PEDAQOQ” layihəsini də Sumqayıtda ilk dəfə təşkil edən Sevinc xanım və rəhbərlik etdiyi “YUVAM” Dərs Evi olmuşdu. Sevinc xanım həmin layihənin davamının gözlənildiyini, yaxın zamanda nəinki Sumqayıt pedaqoqlarının, hətta Bakı və yaxın ətraf ərazilərin müəllimləri üçün yeni layihələrin elan ediləcəyini bildirdi.

18336876_744202642419382_1556597044_n 18360507_744202015752778_1900563962_n 18361511_744203825752597_1255854868_n 18361555_744202055752774_1534633747_n 18361810_744203659085947_236165708_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın