Menu
Geri İrəli

Sumqayıtda “Riyaziyyat dünyası” adlı tədbir keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Yanvar 2014 • Baxış sayı: 1,025 dəfə • Şərh yoxdur

1600216_504859376302083_538307495_nSumqayıt şəhərində fənn aylığı çərçivəsində keçirilən tədbirlərdən biri də 21 nömrəli tam orta məktəbdə təşkil olunub. Yanvar ayı riyaziyyat fənninə həsr olunduğundan həmin məktəbin riyaziyyat müəllimi Dünya Fərəcli  ”Riyaziyyat dünyası” adlı riyaziyyat gecəsi keçirib. Tədbirdə bir çox məktəblərdən dəvət olunmuş müəllim və qonaqlar, eyni zamanda əməkdar müəllim, 30-a yaxın bir çox elmi və bədii kitab və jurnalların müəllifi, İmişli rayon kənd orta məktəbinin direktoru, ustad müəllim Malik Aranlı (Qəhrəmanlı) da iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan tədbirin təşkilatçısı Dünya müəllimə gələn qonaqları və tədbir iştirakçılarını salamlamış, Azərbaycanın Dövlət Himni oxunaraq tədbiri açıq elan olunub.

 Tədbirin ilk hissəsində Malik Aranlı ilə görüş olmuşdur. O, çıxış edərək, riyaziyyat v məntiqin əhəmiyyətindən danışmış, şagirdlərə testi həll etməyə qaçmamağa, ilk öncə riyaziyyatın kökünü öyrənməyə çağırmışdır: “… Riyaziyyatı  dərk etməyən, nəzəriyyyəni,düsturların çıxarılışını bilməyən şagird test həll etməyə qaçmasın…..  ” Ustad  müəllim daha sonra şagirdlərin suallarına cavaba vermişdir.

Tədbirin ikinci hissəsi   sinfinin hazırladığı kompozisiya və səhnəciklərə həsr olunmuşdur. Şagirdlər riyaziyyatın gündəlik həyatımızda rolu, “Rəqəmlərin mübahisəsi” (müəllif Malik Aranlı) , riyaziyyatın bütün elmlərin şahı olmasına dair səhnəciklərini təqdim etmişdilər. Şagirdlər həmçinin hazırladıqları rəqs və musiqi çələngilə tədbiri daha da rəngarəng etmişdilər.

Sonda 20 Yanvar- Ümumxalq hüzn günü anılmış, Qanlı Yanvarın tarixi səhifələnmiş, Vətənpərvərlik ruhunda şeirlər  söyləmişdilər. Bu günün hüzn günü kimi yox, qəhrəmanlııq səlnaməsi kimi tarixə düşməsini qeyd etmişdilər.

Tədbirin sonunda “Viktorina” keçirilmiş, maraqlı və əyləncəli məntiqi suallar  bütün şagirdlərin marağına səbəb olmuşdur. “Viktorina”da iştirak edən hər bir şagirdə və sonda çıxış edərək tədbir haqqında öz fikirlərini söyləmiş və belə tədbirlərin davamlı olaraq keçirilməsini, şagirdlərə Vətənpərvərlik ruhunun aşılanmasını bildirən məktəbin direktoru Vladim İbrahimov, metodbirləşmə rəhbəri Diləfruz Mahmudova , təlim-tərbiyyə işləri üzrə direktor müavini Afilə Nağıyeva və bəzi qonaqlara hədiyyələr təqdim olunmuş, tədbirdə iştirak etdiyi üçün dərin minnətdarlıq bildirilmişdir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın