Menu
Geri İrəli

Sumqayıtda Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2015 • Baxış sayı: 330 dəfə • Şərh yoxdur

1448611317_14486004442237245380_1000x669Sumqayıt Dövlət Universitetində general Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunub.

Universitetin mətbuat xidmətindən sumqayitxeber.com-a bildirilib ki, tədbiri tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev açaraq görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, 1918-ci il dekabrın 26-da Xalq Cümhuriyyətinin hərbi naziri təyin olunan, rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov qısa müddətdə 30 minlik ordu yaratmağa nail olub, ölkəmizin ərazi bütövlüyünün qorunmasında, hərbi təhlükəsizliyin təminində mühüm tarixi rol oynayıb. O, hərbi səfərbərlik, hərbi xidmətə çağırış, orduda danışıq və dəftərxana dilinin ana dili olması, ordunun milli hərbi kadrlarla, hərbi texnika, hərbi geyim və ərzaqla təmin edilməsi, hərbi sənaye kompleksinin yaradılması istiqamətində qətiyyətli addımlar atıb.

Universitetin qədim dünya tarixi kafedrasının müəllimi, fəlsəfə doktoru Samir Kərimli, tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Kəmalə Səmədova çıxış edərək Səməd bəy Mehmandarovun keçdiyi şərəfli həyat yolundan danışıblar. Vurğulanıb ki, general Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazıb.

Tədbirin sonunda Səməd bəy Mehmandarovun həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın