Menu
Geri İrəli

Sumqayıtda Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2017 • Baxış sayı: 382 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanın milli qəhrəmanı Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbdə “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ülkər Çəndirli Beynəlxalq Mülkü Müdafiə Gününün tarixinə nəzər salaraq qeyd edib ki,  bu tipli tədbirlərin keçirilməsində əsas məqsəd məktəblilərin baş verə biləcək fövqəladə hallara hazır olması, onların fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi haqqında geniş məlumatların verilməsidir.

Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin baş zabit kimyaçısı, leytenant Aydın Məmmədzadənin iştirakı ilə keçirilən tədbirdə şagirdlərin iştirakı ilə yanğınsöndürmə, tibbi yardım manqasının üzvlərinin iş qaydaları əyani nümayiş etdirilib.

DSC_0004 DSC_0010 (1) DSC_0018 (1) DSC_0025 (1) DSC_0026 (2) DSC_0036 DSC_0039 DSC_0044

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın