Menu
Geri İrəli

Sumqayıtda “uşaq hüquqları” aylığı çərçivəsində tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2015 • Baxış sayı: 470 dəfə • Şərh yoxdur

Opreceived_10207922127361862 received_10207922128081880 Sumqayitxeber.com xəbər verir ki, Sumqayıt şəhər M.Müşfiq adına 34 nömrəli tam orta məktəbdə “uşaq hüquqları” aylığı çərçivəsində məktəbdə hüquq mühafizə orqanlarının işçiləri ilə görüş keçirilib.

Görüşdə Sumqayıt şəhər Polis İdarəsi azyaşlılarla iş şöbəsinin rəisi Yaqub Baxşəliyev, Dövlət Yol Polisi şöbəsi Təbliğat və Təşviqat sektorunun inspektoru Fəqan İsmayılov, Sumqayıt şəhər İcra Hakimiyyətinin azyaşlılarla iş komissiyasının məsul işçisi Mehman Vəliyev və Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndəsi Kəmayıl Namazov iştirak etmişdirlər. Onlar 7, 8, 9-cu sinif şagirdləri ilə uşaqların hüquq və vəzifələri haqqında söhbət apararaq gələcəkdə dövlətimizə layiqli vətəndaş olmaq üçün tövsiyyələr vermişlər.
Görüşdə çıxış edən natiqlər misal və nümunələrlə şagirdlərin öz hüquq və vəzifələrini daha yaxşı bilmələri üçün zəmin yaradıb.
Tədbirin sonunda məktəbin direktoru Bayaz Novruzova tədbirin əhəmiyyətindən danışaraq qonaqlara və iştirakçılara öz minnətdarlığını bildiriblər.

received_10207922127361862

T

Facebook Şərhləndirmə:

Şərhinizi yazın