Menu
Geri İrəli

Sumqayıtda xaricdə təhsillə bağlı seminar

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Aprel 2015 • Baxış sayı: 398 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Sumqayıt Gənclər Evində SDU-nun tələbələri üçün xaricdə təhsillə bağlı seminar keçirilib.

“Reduco” Tədris Mərkəzinin təlimçiləri tərəfindən aparılan seminarda tələbələrə IELTS proqramı, bu proqramı mənimsəmənin üstünlükləri, eləcə də xaricdə təhsil və yay məktəbləri barədə geniş məlumat verilib.

Daha sonra təlimçilər tələbələri maraqlandıran sualları cavablandırıblar.

1369996_1644624155770366_114016155_o 11128142_1644623982437050_397266771_o 11129473_1644624095770372_208049279_o 11130929_1644629645769817_1699711152_o

Facebook Şərhləndirmə:

Şərhinizi yazın