Menu
Geri İrəli

Sumqayıtda yalnız bu məktəbdə…

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2017 • Baxış sayı: 1,916 dəfə • Şərh yoxdur

mektebTədris ocağı 1958-ci ildə istifadəyə verilib. İlk 30 ili rus dili məktəbi kimi fəaliyyət göstərib. 1989-cu ildən məktəbdə Azərbaycan bölməsi fəaliyyətə başlayıb. Hazırda məktəbdə Azərbaycan və rus bölmələri üzrə 68 sinif fəaliyyət göstərir, 2136 şagirdin təlim-tərbiyəsi ilə 156 müəllim və pedaqoji işçi məşğul olur.”

Bu sözləri  11 nömrəli məktəbin direktoru İlahə Həsənli deyib.

İ. Həsənli qeyd edib ki, “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi Sumqayıt məktəblərindən yalnız 11 nömrəli tam orta məktəbə şamil olunub: “Bu layihə məktəbimizin Azərbaycan bölməsində 34 sinifdə aparılır. 11 nömrəli tam orta məktəb 2011-ci ildən “Rus dilinin intensiv tədrisi” layihəsinə qoşulub. Bu layihə ilə bağlı məktəbin müəllimləri kurslara cəlb olunublar, sertifikat əldə ediblər. Məktəbdə tez-tez metodiki şura, seminarlar, dəyirmi masalar, praktik konfranslar, təlimlər keçirilir. Müəllimlər innovasiyaları mənimsəyir və müvəffəqiyyətlə dərslərində tətbiq edirlər. Müəllimlərimiz rus dilində metodiki vəsaitlər alırlar.

Məktəbin şagirdləri hər il respublika olimpiadalarında , müsabiqələrdə fəal iştirak edir və fəxri fərman, diplomla mükafatlandırılırlar. Buna misal olaraq IXA3 sinif şagirdi Rişad Axundov və VIIA1 sinif şagirdi Həmayıl Məmmədli respublika üzrə keçirilən rus dili və ədəbiyyat olimpiadasında I yerə çıxıblar.

Məktəb direktoru “Rus dilinin intensiv tədrisi” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərə də toxunub: “Belə tədbirlərə “Puşkinyana”, “Yubilyarların kitabları ”nı misal gətirmək olar. Həmin tədbirlərdə məktəbimizin şagirdləri rus dilində səhnəciklər hazırlayırlar. Şagirdlərimiz tez-tez Rus dram teatrına gedirlər. Hər il olduğu kimi bu il də məktəbimizin şagirdləri Rusiya şəhərinə ekskursiyaya göndərildilər. Hər il məktəbimizin məzunları yüksək bal və yuxarı faizlə Rusiyada olan universitetlərə daxil olurlar.”  xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın