Menu
Geri İrəli

Sumqayıtda yeni təhsil mərkəzi fəaliyyətə başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2016 • Baxış sayı: 409 dəfə • Şərh yoxdur

Sumqayıtda yeni təhsil müəssisəsi - “Miracle” Təhsil və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb. İşini beynəlxalq standartlar əsasında quran “Miracle” Təhsil və Innovasiya Mərkəzi 2 istiqamətdə fəaliyyət göstərir: tədris kursları və seminar və təlimlər.

Mərkəzdə Abituriyent, magistr, Dövlət Qulluğu imtahanlarına hazırlıq, vergi, Gömrük, Prokurorluq, Miqrasiya orqanlarına hazırlıq xidmətləri göstərilir. 

Burada eyni zamanda xaricdə təhsil  və təqaüdlerin əldə edilməsində yardım, müəllimlərin kurrikulum imtahanlarına hazırlığı, yuxarı sinif şagirdlərinin fənlər üzrə hazırlığı, Rus və ingilis dilləri, IELTS hazırlığı, məktəbəqədər və ibtidai sinif hazırlıqları, Rəsm dərsləri, Ofis proqramlarının tədrisi mövcuddur. Dil kurslarının tələbələri həftəsonu danışıq klublarından və Kino zalından da istifadə edə biləcəklər.

Miracle Tədris və İnnovasiya mərkəzində digər bir istiqamət isə – seminar və təlimlərdir. Belə ki, mərkəzdə professional IT, SQL, JAVA, ACCA F3, Menecment, bank işinin təşkili təlimləri və bir sıra digər faydalı mövzularda ödənişsiz seminarlar da təşkil olunacaq.

Ünvan: 21-ci məhəllə, ev112, Səhiyyə Şöbəsi ilə üzbəüz

Əlaqə telefonu: 0186550626, 0556010626

e-mail: miracleeic24.02@gmail.com

 

digər xəbərlər
Facebook Şərhləndirmə:

Şərhinizi yazın