Menu
Geri İrəli

Sumqayıtın 15 saylı məktəbində AÇIQ DƏRS

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2013 • Baxış sayı: 1,270 dəfə • 1 şərh

Həyat bilgisi – şagirdin özünü bioloji, psixoloji, sosial və mənəvi tərəfləri ilə bütöv bir varlıq kimi dərk etməsi və reallaşdırması üçün lazım olan bilik, bacarıq və dəyərlər sistemi formalaşdırmağa və onu təkmilləşdirməyə kömək edən inteqrativ fəndir. Bu cür geniş əhatə dairəsinə malik olan fənn şagirdlərin həyati əhəmiyyət kəsb edən bilik, bacarıq və vərdişlər qazanması üçün onları ən zəruri praktik işlərin həyata keçirilməsinə istiqamətləndirir, milli və bəşəri dəyərlərə yiyələnmələrinə, şəxsiyyət kimi formalaşmalarına kömək edir. Fənnin şagirdlərdə ünsiyyət qurma və birlikdə çalışma kimi mənəvi dəyərlərin formalaşdırılmasında, onlarda mühakimə yürütmək, öz nöqteyi-nəzərlərini sərbəst ifadə etmək, onları arqumentləşdirmək, öz hüquqlarını qorumaq və başqalarının hüquqlarını müdafiə etmək vərdişlərinin yaranmasında mühüm rolu var. Onlar özlərini bu aləmin bir hissəsi kimi dərk edir, təbiətdə və cəmiyyətdə müşahidə etdikləri hadisələrdən, dəyişikliklərdən və bunlar arasındakı əlaqələrdən nəticələr çıxarır, araşdırmaq, təhlil etmək, proqnoz vermək, fikir və istəklərini başqalarına düzgün çatdırmaq bacarıqlarına yiyələnirlər. “Həyat bilgisi” fənnin təlimində Sumqayıt şəhəri M. Füzuli adına 15 saylı məktəbdə böyük bir ənənə mövcuddur.

Məktəbin tanınmış pedeqoqu Leyla Həsənova rəhbərlik etdiyi  3K sinifində məktəb rəhbərliyinin və valideyinlərin iştirakı ilə həyat bilgisi fənnindən “ açıq dərs” təqdim etdi. Leyla Həsənovanın rəhbərliyi ilə 3K sinif şagirdləri tərəfindən mənəviyyat, sağlamlıq (fiziki, psixi və reproduktiv), həyat fəaliyyətinin təhlükəsizliyi, fövqəladə hallarda mühafizə, vətəndaşlıq, insan hüquqları və azadlıqları, ekoloji tərbiyə ilə bağlı hazırlanmış posterlər və əyani vəsaitlər “açıq dərsi” daha da maraqlı etdi.”Açıq dərs”dən göründüyü kimi Leyla müəllimə rəhbərlik etdiyi 3K sinifi şagirdləri arasında saflıq, düzlük, əqidəlilik, ədalətlilik, dözümlülük, tolerantlıq, izzəti-nəfs, özünə və başqalarına hörmət kimi yüksək mənəvi dəyərləri aşılamağa nail olmuşdur.

“Açıq dərs” məktəb rəhbərliyinin və valideynlərin razılığı ilə qarşılandı və onlar “açıq dərs”in məktəbdə  yaxşı təşkil olunmasından söz açdılar və gələcəkdə bütün fənlərdən belə dərslərin keçirilməsinin vacibliyini qeyd etdilər.

Açıq dərsdə şagirdlər fəal iştirak edib.

1 (1) 2 3

Facebook Şərhləndirmə:

“Sumqayıtın 15 saylı məktəbində AÇIQ DƏRS” yazısına bir cavab

  1. babayev elcin deyir:

    mende bu mektebi qutarmisam. leyla muellimenide taniyiram cox yaxsi muellimedir

Şərhinizi yazın