Menu
Geri İrəli

Sumqayıtın 25 məktəblisinin Nəbatət bağına ekskursiyası təşkil olunub- FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2016 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur
Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərində “Ətraf mühiti öyrənirəm” mövzusunda maarifləndirmə tədbirlərin təşkili” layihəsi çərçivəsində “Ətraf mühiti öyrənirəm” mövzusunda keçirilən rəsm müsabiqəsinin qaliblərinin rəsmlərinin sərgisi və onların  mükafatlandırılması keçirilib.
Layihə çərçivəsində Sumqayıt şəhərinin  orta ümumtəhsil məktəbində uşaqlarda ətraf mühit və canlı təbiət haqqında təfəkkürün və estetik zövqün formalaşmasına xidmət edən “Ətraf mühiti öyrənirəm”  mövzusunda keçirilən rəsm müsabiqəsinin qaliblərini “Təbiətdə bir gün” devizi ilə Nəbatət bağına  ekskursiyası təşkil olunub.
Ekskursiyaya rəsm müsabiqəsində qalib olmuş 25 nəfər aşağı sinif şagirdi qatılıb. Nəbatət bağında şagirdlərə Sumqayıt şəhər Təhsil Şöbəsinin “Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin” ekoloqu E.Səfərəliyeva aşağı sinif şagirdlərinə ətraf mühit və təbiətə sevgi və onun mühafizəsi ücün yüksək ekoloji mədəniyyətin formalaşmasına xidmət edən marifləndirici söhbətlər aparıb.  Məktəblilərin təbiətlə bağlı çox saylı sualları bələdçi tərəfindən cavablandırılıb. Ekskursiya uşaqlarda təbiət hadisələrinə düzgün baxışlar yaratmaq, onlara təbiəti, canlıları, yaşıllıqları sevdirmək, uşaq qəlbində təbiətə sevgi hissləri oyatmaq gələcəkdə bir cox ekoloji və ətraf mühit problemlərin həllinə gətirib çıxaracaqdır.
Tədbir uşaqlarda ətraf mühit və təbiət haqqında biliklərinin və düşüncələrinin artırılmasında, uşaqlarda ətraf mühit və təbiət haqqında təffəkkürün və estetik zövqün formalaşmasında və təbiətə qayğı ruhunda tərbiyənin aşılanması baxımından çox əhəmiyyətli olub.
Layihə koordinatoru Vüqar Orucovun bildirdiyinə görə, layihənin əsas məqsədi Sumqayıt şəhərində fəaliyyət göstərən orta ümümtəhsil məktəblərinin aşağı sinif şagirdlərinin ətraf mühit və təbiət biliklərinin artırılmasına, gənc nəsildə ekoloji düşüncənin və ekoloji mədəniyyətin formalaşmasına, ətraf mühitin mühafizəsi üçün yüksək ekoloji mədəniyyətin öyrədilməsinə xidmət edən tədbirlərin təşkilidir.
Məlumat üçün bildirək ki, “Pоtеnsial” Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır. Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 41 layihə icra etmişdir.
13521726_1426552770704249_1591641879_n 13522571_1426553047370888_457680498_n 1466539695_13487865_1426510620708464_821872881_n
Facebook Şərhləndirmə:

Şərhinizi yazın