Menu
Geri İrəli

Sumqayıtın bu məktəbi təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2017 • Baxış sayı: 1,162 dəfə • Şərh yoxdur
Share Button

12311063_1685377401697173_7483749336068039647_nTəhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.

“Report”un məlumatına görə, nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə isə 213 layihə təklifi daxil olub.

Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Barələrində müsbət qərar qəbul olunmuş 120 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

sumqayitxeber.com xəbər verir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən 25 saylı orta məktəbin I qrant müsabiqəsinə təqdim etdiyi  “Valideyn nəzarət sistemi vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllim peşəkarlığının artırılması” layihəsinin maliyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın