Menu
Geri İrəli

Sumqayıtın bu məktəbinin komandası “Olimpiya Hərəkatı-2017″ birinciliyində mükafatlandırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2017 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur
Share Button

4 nomre3

Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəbin komandası Velosiped idman növü üzrə III yerə layiq görülüb

“Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində məktəblilərin respublika birinciliyinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, qaliblərin təhsil aldıqları ümumi təhsil müəssisələrində təşkil edilən mərasimlərdə Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəsmi nümayəndləri, məktəb kollektivi və valideynlər iştirak ediblər.

Bildirilib ki, “Olimpiya Hərəkatı–2017” proqramının əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir. Proqramın Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır. Bundan başqa, “Olimpiya Hərəkatı–2017”nin final mərhələsində Bakı şəhəri üzrə 12 rayondan 60 məktəb komandasının qalibiyyət uğrunda mübarizə apardığı bildirilib. Məktəblilər 5 idman növü – voleybol, basketbol, badminton, velosiped idmanı və atletika üzrə yarışıblar.

“Olimpiya Hərəkatı–2017”nin final mərhələsinin nəticəsinə əsasən, atletika idman növü üzrə 160 nömrəli Klassik Gimnaziyanın komandası I, Ankara Liseyinin komandası II, 145 nömrəli tam orta məktəbin komandası III, voleybol idman növü üzrə 269 nömrəli tam orta məktəbin komandası I, 248 nömrəli tam orta məktəbin komandası II, 236 nömrəli tam orta məktəbin komandası III, basketbol idman növü üzrə 220 nömrəli məktəb-liseyin komandası I, 17 nömrəli tam orta məktəbin komandası II, Ankara Liseyinin komandası isə III yerə layiq görülüb.

Velosiped idman növü üzrə 114 nömrəli tam orta məktəbin komandası I, 29 nömrəli tam orta məktəbin komandası II, Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəbin komandası III, badminton idman növü üzrə 104 nömrəli tam orta məktəbin komandası I, 286 nömrəli tam orta məktəbin komandası II, 260 nömrəli tam orta məktəbin komandası III yeri qazanıb.

Tədbirdə qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər.

4 nomre24 nomre5

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın