Menu
Geri İrəli

Sumqayıtlı gənc müəllim doğma şəhərindən təxminən 200 kilometr uzaqda dərs deyəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2017 • Baxış sayı: 479 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtlı gənc müəllim Firuzə Mehdiyeva yeni tədris ilindən başlayaraq doğma şəhərindən təxminən 200 kilometr uzaqda dərs deyəcək.

AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetinin məzunu pedaqoji fəaliyyətinə Qubanın Rizvan Cəbrayılov adına Təngəaltı kənd tam orta məktəbindən başlayacaq. Dil-ədəbiyyat müəllimi olan Firuzə Mehdiyeva universiteti 2011-ci ildə bitirib. Bu il müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək, Qubada işlə təmin olunub.

F.Mehdiyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, dərs deyəcəyi məktəbin daimi yaşayış yerindən uzaq olması onu narahat etmir. Əksinə, ucqar kənddə yaşayan şagirdlərə dərs demək, onların cəmiyyətimizə faydalı şəxsiyyət kimi yetişməsində pay sahibi olmaqdan qürur hissi keçirir. “Müəllimlik peşəsi fədakarlıq və əzm tələb edir. Bu müqəddəs və məsuliyyətli peşəni seçən şəxslər bəzən yaşadığı yerdən, ailəsindən uzaqda çətinliklərlə üz-üzə qalaraq, öz missiyasını həyata keçirməli olur. Bundan qorxmaq lazım deyil”.

Təngəaltı kənd tam orta məktəbi müəllimlərin builki işə qəbul müsabiqəsində altı vakant yerlə çıxış edib. Müsabiqənin ilkin mərhələsində 4, ikinci mərhələsində isə 2 müəllim məktəbə işə qəbul olunub.

Quba rayonunun ümumtəhsil ocaqlarında daha çox fizika, biologiya və kimya fənləri üzrə ixtisaslı kadrlara ehtiyac var. Yeni dərs ili üçün müəllimlərin işə qəbul müsabiqəsində rayondan 440 vakant iş yeri göstərilib. İlkin mərhələdə müxtəlif fənlər üzrə 130 müəllim işə qəbul edilib.

Rayon mərkəzindən 25 kilometr və daha artıq məsafədə yerləşən kəndlərdə təhsil verəcək pedaqoqlar üçün bir sıra güzəştlər nəzərdə tutulub.

15057234651999936227_1000x669 15057234656253052187_1000x669

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın