Menu
Geri İrəli

Sumqayıtlı tələbə Dövlət Proqramı ilə xaricdə təhsil alacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2013 • Baxış sayı: 384 dəfə • Şərh yoxdur

faiq

Nuriyev Faiq Əbülfət oğlu 1988-ci ildə anadan olub. Sumqayıt şəhər 33 saylı orta məktəbdə təhsil alıb. 2006-cı ildə orta məktəbi bitirib və Sumqayıt Dpvlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinə daxil olub. 2010-cu ildə bakalavr təhsilini başa vuran Faiq Nuriyev maqistr təhsilini türkiyədə davam etdirib. O İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin İqtisadiyyat və İdrarəetmə fakultəsinin Maliyyə iqtisad və Bank İşi ixtisasına daxil olub.

Dərslərində göstərdiyi nəticələrə görə qabaqcıl tələbələrdən olan Faiq İtalya universitetinə qəbul olunsa da müəyyən səbəblərdən italyada təhsilini davam etdirməkdən imtina edərək Türkiyədə təhsilini davam etdirmək qərarına gəlib:

 

Faiq Nuriyev sumqayitxeber.com saytına açıqlamasında bildirib ki, o zaman müəyyən problemlərin olduğuna görə təhsilini davam etdirə bilməyib:

“Nəhayət, bu il  ”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına müraciət etdim və uğurla proqrama qəbul olundum. Türkiyədə disertasiya mövzumu dövlət proqramı çərçivəsində davam etdirəcəm. Sizin saytınız vasitəsi ilə Təhsil Nazirliyinə minnətdarlığımı bildirirəm ki, şəffaf seçim oldu və bundan sonra mən öz təhsilimlə millətimə və dövlətimə bilik və bacarığımla öz tövhəmi verməyə çalışacam.”

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın