Menu
Geri İrəli

Təhsil naziri direktorların səlahiyyətlərini artırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2014 • Baxış sayı: 525 dəfə • Şərh yoxdur

48318Azərbaycanda orta məktəb direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması məsələsinə həmin məktəbin direktoru tərəfindən baxılacaq

Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na əlavə edilməsi barədə təhsil naziri Mikayıl Cabbarov əmr verib.

Əmrdə qeyd edilir ki, Təhsil Nazirliyinin 28 iyun 2013-cü il tarixli 712 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları”na əsasən ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.

Nazirliyin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirova bu əmrdən irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın