Menu
Geri İrəli

Təhsil nazirindən yeni TƏKLİF: “Buraxılış imtahanları hər il keçirilsin”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2015 • Baxış sayı: 467 dəfə • Şərh yoxdur

Təhsil Nazirliyi yeni layihə hazırlayacaq

Tehsil-Nazirliyi-bina-esas“Hazırda ölkə şagirdlərinin biliyinin qiymətləndirilməsi yalnız icbari təhsil müddəti başa çatdıqdan sonra həyata keçirilir. IX sinif məzunları buraxılış imtahanı verirlər. Lakin təhsil işçiləri razılaşa bilərlər ki, eyni bilgi 6-cı sinfi, yaxud ibtidai sinfi bitirən şagirdlər üçün olsaydı, bu, bizə təhsil prosesində, metodikasında müşahidə etdiyimiz boşluqları özümüz üçün daha tez müəyyənləşdirməyə və çatışmazlıqları vaxtında aradan qaldırmağa daha çox imkan verərdi”. Lent.az-ın məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin müvafiq şöbələrinin bununla bağlı layihə hazırlayıb təqdim etməlidir.

Nazir həmçinin deyib ki, valideynlər övladının qəbul imtahanlarında daha yaxşı nəticə əldə etməsi üçün çıxış yolunu uşağının 10-11-ci siniflərdə məktəbə getməməsində görür: ”Əsas problemlərdən biri valideyn və şagirdlərin icbari ( 9) təhsildən sonra keçirilən əlavə fənləri lazımsız hesab etmələridir. Valideynlər uşağının seçdiyi ixtisas üzrə olmayan fənlərin 10-11-ci siniflərdə keçirilməsini əlverişsiz hesab edir və bu fənlərin uşağının gələcəyində əhəmiyyətli rol oynamayacağını düşünürlər. Orta məktəblərdə təmayülləşmənin təşkili və təmayül siniflərinin təşkil olunduğu məktəblərin sayının artırılması bu problemin həlli yollarından biri olacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın