Menu
Geri İrəli

Təhsil naziriylə görüşmək istəyənlərin nəzərinə! – Sumqayıtda qəbul var

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2017 • Baxış sayı: 372 dəfə • Şərh yoxdur
Share Button

Təhsil naziri Mikayıl Cabbarov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Zəngilan, Kəlbəcər rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, sentyabrın 29-da, saat 11:00-da baş tutacaq qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar sentyabrın 26-27-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etmələri xahiş olunur.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın