Menu
Geri İrəli

Təhsil Nazirliyi 12 illik təhsillə bağlı dəyişiklik edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Yanvar 2015 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur

87837

Kənd rayonları üzrə ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov təhsil strategiyasında nəzərdə tutulan 12 illik təhsilə nə zaman keçiləcəyi ilə bağlı açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, Təhsil Nazirliyində bu gün keçirilən tədbirdə 12 illik təhsillə bağlı suala cavab verən A. Əhmədov bildirib ki, Fəaliyyət Planında tədricən 12 illik tədrisə keçid nəzərdə tutulur:” Biz dünyanın inkişaf etmiş ölkələrində  12 illik təhsillə bağlı təcrübəni araşdırırıq.  12 illik təhsilə keçid elə də sadə məsələ deyil.  Bu təhsilə keçidlə bağlı bir sıra məsələlər həll edilməlidir.  Tədris planlarında dəyişiklik edilməlidir.  Buna uyğun olaraq da dərsliklərdə dəyişiklik edilməlidir.  Bütün bu məsələləri həll etmək üçün biz İşçi Qrup yaradacağıq.  Müəyyən müddət ərzində təhsil proqramlarını 12 illik təhsilə uyğunlaşdıracağıq.  Bır sıra məsələlər həll edildikdən sonra 12 illik təhsilə nə vaxt keçiləcəyi barədə məlumat veriləcək. İndidən bunu açıqlamaq düzgün deyil”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın