Menu
Geri İrəli

Təhsil Nazirliyi orta məktəblərdə gözlənilən ixtisarlara aydınlıq gətirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2014 • Baxış sayı: 1,174 dəfə • Şərh yoxdur
Share Button

Tehsil-Nazirliyi-bina-esas

Təhsil Nazirliyi orta məktəblərdə ixtisarların olacağına dair yayılan məlumatlara aydınlıq gətirib. Lent.az-ın “Orta məktəblərdə müəllimlərin ixtisarı həyata keçiriləcək. Bu işin məktəb direktorlarına həvalə edildiyi bildirilir. Bilmək istərdik, bu ixtisarlar hansı kriteriyalar əsasında həyata keçiriləcək? Hazırda orta məktəblərdə nə qədər müəllim dərs deyir? İxtisar prosesinə nə zamandan başlanacaq?” sorğusuna Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlərin fəaliyyəti mütəmadi qiymətləndirilir.

 

Hazırda ümumtəhsil məktəblərində 150 min müəllim fəaliyyət göstərir. Mütəmadi olaraq təhsil müəssisələrində müəllimlərin fəaliyyəti qiymətləndirilir, karyera inkişafı və müəllimlərin peşəkarlığının artırılması sahəsində tədbirlər həyata keçirilir.

 

Verilən məlumatda qeyd olunur ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ölkəmizin inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabət qabiliyyətli təhsil sisteminin qurulması istiqamətində hədəflər müəyyənləşdirilib: “Həmin hədəflərdən biri də “Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması”dır. Bununla əlaqədar həyata keçiriləcək tədbirlər nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistem yaradılacaq, təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə innovativ modellər tətbiq ediləcək, artıq tətbiqinə başlanılmış modul–kredit və rəqabətəsaslı təlimlər sisteminin inkişaf etdirilməsi və müəllimlərin peşəkarlıq səviyyəsinin davamlı şəkildə yüksəldilməsi təmin ediləcək”.

 

Nazirlikdən verilən məlumata görə, ən əhəmiyyətli cəhətlərdən biri də odur ki, müəllim peşəsinin itirilmiş nüfuzu bərpa ediləcək, bu sahədə dövlət siyasəti inkişaf etdirilməklə səriştə və nəticə əsaslı diferensiallaşdırılıb, əmək bazarında rəqabət qabiliyyətli əmək haqqı sistemi yaradılacaq, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə kompleks tədbirlər həyata keçiriləcək.

 

“Həmçinin, Dövlət Strategiyasında qabaqcıl beynəlxalq təcrübə əsasında ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma) sisteminin yaradılması da nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsi ümumtəhsil məktəblərində müəllim-şagird nisbətinin optimallaşdırılmasına, pedaqoji heyətin keyfiyyət tərkibinin yaxşılaşdırılmasına, nəticə əsaslı diferensial əmək haqqı sisteminin tətbiqinə zəmin yaradacaq”.

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın