Menu
Geri İrəli

Təhsil Nazirliyindən orta məktəblərin ali məktəblərə birləşdirilməsi ilə bağlı açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2014 • Baxış sayı: 429 dəfə • Şərh yoxdur

Tehsil-Nazirlik-biTəhsil Nazirliyi orta məktəblərlə ali məktəblərin birləşdirilməsi ilə bağlı mətbautda gedən məlumatlara aydınlıq gətirib. Movqe.az-ın sorğusuna cavab olaraq nazirlikdən bilriblər ki, söhbət orta məktəblərlə ali məktəblərin birləşdirilməsindən getmir: “Orta məktəblərin ali məktəblərə təhkim olunması təhsilin müxtəlif səviyyələri arasında fasiləsizlik prinsipini təmin etməyə imkan verəcək. Ali təhsil müəssisələrinin akademik gücündən orta məktəb, ilk peşə və orta ixtisas təhsili müəssisələri arasında varislik ruhunda yararlanmaq üçün təhsilin müxtəlif pillələri arasında üzvü əlaqə vacibdir. İnkişaf etmiş təhsil sistemlərində vahid təhsil şəbəkəsi dedikdə, həm də təhsilin müxtəlif pillələrinin eyni strateji həlqədə birləşməsi nəzərdə tutulur. Sınaqdan keçmiş bu təcrübə təhsilalanların uğurlu karyera inkişafına və ixtisaslaşmasına zəmin yaradır”.

Qeyd edək ki, Təhsil nazirinin müavini Ceyhun Bayramov mətbuata açıqlamasında bildirmişdi ki, ölkəmizdə istər ali, istərsə də orta təhsil sisteminin inkişafı üçün müəyyən addımlar atılır: “Təhsil strategiyasında orta ümumtəhsil peşə və orta ixtisas məktəblərinin inkişafı üçün bəzi bəndlər nəzərdə tutulub. Belə ki, orta məktəblərin ali məktəblərlə birləşdirilməsi gözlənilir.Orta məktəblərin ali məktəblərə birləşdirilməsi təhsilin müxtəlif səviyyələri arasında fasiləsizlik prinsipini təmin etməyə imkan verəcək.Bu prosesin nə zaman reallaşacağı ilə bağlı müəyyən proqnozlar var. Bunun üçün ilkin növbədə 12 illik təhsil sisteminin tətbiqi reallaşmalıdır… ” deyə bildirimişdi.

Zülfiyyə Quluyeva

Facebook Şərhləndirmə:

Şərhinizi yazın