Menu
Geri İrəli

Təhsil Nazirliyindən “Son zəng” tədbirləri ilə bağlı AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 22 May 2014 • Baxış sayı: 428 dəfə • Şərh yoxdur
Share Button

Təhsil Nazirliyi “Son zəng” tədbirləri ilə bağlı məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, ümumtəhsil məktəblərində “Son zəng” tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq. Yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, “Son zəng” tədbiri bilavasitə müəssisədə keçirilsin, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunsun, təhlükəsizliklə bağlı lazımi işlər görülsün.

 Nazirlikdən verilən məlumatda o da qeyd edilib ki,  “Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkili üçün bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.

Son zeng 300512

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın