Menu
Geri İrəli

TQDK-dan xoş xəbər

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2015 • Baxış sayı: 454 dəfə • Şərh yoxdur

57819

“Builki məzunlar tək 9 deyil, 11-ci sinif buraxılış imtahanlarının nəticələri əsasında da ərizə ilə müraciət etməklə orta ixtisas müəssisələrinə qəbul ola bilərlər”.

ANS PRESS-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu günki mətbuat konfransında deyib.

Bununla da məzunlar da kolleclərə qəbul imtahanlarında da iştirak edə bilərlər. “Həmin məzunlar yüksək nəticə göstərə bildikləri halda ali təhsil müəssisələrində də təhsil ala bilərlər”, – deyə TQDK sədri əlavə edib.

Qeyd edək ki, keçən il qəbul qaydalarına edilən dəyişikliklər əsasında yalnız 9-cu sinif məzunları buraxılış imtahanları nəticələri əsasında orta ixtisas müəssisələrinə qəbul ola bilmək imkanı yaradılmışdı.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın