Menu
Geri İrəli

TQDK mühüm YENİLİK

Müəllif: sumqayitxeber.com • Tarix: 4 May 2015 • Baxış sayı: 526 dəfə • Şərh yoxdur

TQDKDKDKBu il ilk dəfə olaraq Azərbaycanda ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə biləcəklər.

AzVision.az-ın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il həm cari ilin, həm də əvvəlki illərin məzunları artıq I-IV qruplardan biri üzrə artıq sənəd verməsinə baxmayaraq, onların həm də V qrup üzrə də ərizə vermək hüquqları var: “Bu ilin məzunları və əvvəlki illərin məzunları 4 qrupdan birinə artıq ərizə veribsə, onların V qrupa da ərizə vermək hüququ var. İki qrup üzrə müsabiqədə iştirak etmək hüququ olan abituriyenlərin də elektron ərizələrində digər abituriyentlər kimi eyni sayda ixtisas adı qeyd edə biləcəklər”.

O, qeyd edib ki, cari ilin məzunları V ixtisas qrupu üzrə müsabiqəyə buraxılış imtahanları və qabiliyyət imtahanlarının nəticələri əsasında buraxılacaqlar: “ Əvvəlki ilin məzunları isə müsabiqəyə buraxılmaları üçün iyulun 2-də 3 fəndən – Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər. Onlar özləri hansı qrup üzrə müsabiqədə iştirak edəcəklərinə özləri qərar verəcəklər. Ixtisas seçmə vaxtı onlar elektron ərizələrində ixtisaslarını qeyd edəcəklər. Biz abituriyentlərin imkanlarını genişləndirmişik.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın