Menu
Geri İrəli

TQDK-nın yeni ünvanı bəlli oldu

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 20 Noyabr 2014 • Baxış sayı: 584 dəfə • Şərh yoxdur

TQDK-esas

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün yeni bina tikiləcək. Lent.az-ın əldə etdiyi məlumata görə, Komissiyanın yeni binası TQDK-nın hazırda yerləşdiyi binanın yerində (Həsən Əliyev küçəsi 17) tikiləcək. Belə ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi bina yaxın günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır.

Yeni bina tikilənə qədər isə TQDK Patamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək. Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın